İsti satış nümayəndəsi (Proqram təminatı)
Bakı
Tam Ştat
Orta Səviyyə
2.500 - 1.000 AZN
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 9 may 2026
Təsvir
İşin Əsas Vəzifələri:
Pərakəndə sektoruna yönəlmiş Kassa, anbar idarəetmə proqram təminatının satışının həyata keçirilməsi.
Potensial müştərilərin (geyim, aksesuar, oyuncaq, elektorinika, ətir mağazaları və.s) identifikasiyası və onlarla əlaqələrin qurulması.
Müştərilərə məhsulun üstünlüklərini və dəyərini effektiv şəkildə çatdırmaq.
Satış prosesinin bütün mərhələlərinin idarə edilməsi (ilk əlaqədən bağlanışa qədər).
Satış hədəflərinin yerinə yetirilməsi və hesabatların hazırlanması.
Mövcud müştərilərlə əlaqələrin saxlanılması və onların ehtiyaclarının öyrənilməsi.
Namizəddən Gözlənilən Tələblər:
İqtisadiyyat, biznes idarəetməsi, marketinq və ya əlaqəli sahələrdə təhsil.
SaaS, B2B və ya proqram təminatı satışı sahəsində ən azı 1-2 il təcrübə.
Pərakəndə satış sektoruna dair anlayış və təcrübə böyük üstünlükdür.
Satış və danışıq bacarıqları yüksək səviyyədə.
MS Office (xüsusilə Excel və PowerPoint) və CRM sistemləri ilə işləmə bacarığı.
Komanda işi və müştəri münasibətləri idarəetmə bacarığı.
Şirkətin Təqdim Etdiyi İmkanlar:
Rəqabətli əmək haqqı və bonus sistemi.
Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
Dinamik və gənc komanda ilə iş imkanı.
Tibbi sığorta və digər sosial üstünlüklər.
İş şəraiti:
Yerləşmə: Bakı
Əmək haqqı: Ə/H+bonus (ümumi aylıq gəlir 2500 AZN-dən çox təşkil edə bilir)
İş rejimi: Tam ştat / sərbəst qrafik
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Clopos
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13641
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə