İstehsalat üzrə növbə rəisi
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 yanvar 2026
Son Tarix: 4 mart 2026
Təsvir
İş barədə məlumat:
İş günləri: həftədə 6 iş günü
İşin təsviri
Namizədə olan tələblər:
Orta təhsil (Ali təhsil üstünlükdür)
İş təcrübəsi (1 ildən 3 ilə qədər)
Tələblər
Təhsil : Orta
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 18 - 50
Cins : Kişi
Vəzifə və Öhdəliklər
Növbə ərzində istehsalat planına uyğunluğun təmin edilməsinə nəzarət etməlidir.
Avadanlıqların düzgün istifadəsini və texniki parametrlərə uyğun işləməsini nəzarətdə saxlamalıdır.
İşçilərin iş bölgüsünü təşkil etməli və onların fəaliyyətinə nəzarət etməlidir.
İstehsalat zamanı yaranan problemləri yerində həll etməli və zərurət olduqda rəhbərliyə məlumat verməlidir.
Uyğunsuzluqların, qəza və ya təhlükəli hallar baş verdikdə qeydiyyat aparmalı və dərhal məlumat verməlidir.
Məsuliyyətlər
Növbə ərzində istehsalatın fasiləsiz, təhlükəsiz və keyfiyyətli şəkildə davam etdirilməsinə görə məsuliyyət daşımalıdır.
İşçilərin texniki təhlükəsizlik, sanitariya və əmək intizamına riayət etməsinə cavabdehlik daşımalıdır.
Qəza və texniki nasazlıqlar barədə texniki qrupa və istehsalat rəhbərliyinə dərhal məlumat verməlidir.
Səlahiyyətlər
Texniki nasazlıq və ya təhlükə halında istehsalı dayandırmaq səlahiyyətinə malikdir.
İş bölgüsü və növbə daxilində vəzifə rotasiyası aparmaq hüququ vardır.
Təhlükəsizlik qaydalarına əməl etməyən heyət barəsində rəhbərliyə tədbir görülməsi üçün təqdimat vermək hüququna malikdir.
Texniki Təhlükəsizlik və Gigiyena Qaydaları
Avadanlıqlardan istifadə zamanı texniki təhlükəsizlik qaydalarına nəzarət etməlidir.
İşçilərin fərdi qoruyucu vasitələrdən düzgün istifadə etməsinə nəzarət etməlidir.
Təhlükəli sahələrin işarələnməsi, keçid və təxliyə yollarının maneəsiz saxlanılması təmin edilməlidir.
Sanitariya tələblərinin yerinə yetirilməsinə və gündəlik təmizlik işlərinin aparılmasına nəzarət etməlidir.
Qeyd:Vakansiya Bakı şəhərində yaşayan namizədlər üçün aktivdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İstehsalat üzrə növbə rəisi” qeyd edərək elektron poçt ünvanına və ya whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
İkar-Qrup MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#6223
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə