İstehsal sahələri üzrə satınalma şöbəsinin müdiri (Direct Procurement Head)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 13 yanvar 2026
Son Tarix: 13 fevral 2026
Təsvir
Şirkətin birbaşa satınalma strategiyasının formalaşdırılması və icrasına rəhbərlik edilməsi;
Xarici və daxili bazarlardan (istehsalçı şirkətlərdən) satın alınan xammal, material və məhsullar üzrə tələbatın planlaşdırılması və idarə olunması;
Strateji əhəmiyyətli mallar üzrə yerli və xarici istehsalçıların və təchizatçıların araşdırılması, seçilməsi və inkişaf etdirilməsi;
Satınalma xərclərinin optimallaşdırılması, qiymət formalaşması və maya dəyərinin təhlili;
Təchizatçılardan kommersiya təkliflərinin alınması, müqayisəli analizlərin aparılması və əsaslandırılmış qərarların verilməsi;
Satınalma fəaliyyəti, xərclər və KPI-lar üzrə müntəzəm hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Satınalma proseslərinin logistika və nəqliyyat nəzarəti ilə koordinasiyası;
Alınan material və məhsulların keyfiyyətinə nəzarətin təmin edilməsi (sifarişçi ilə koordinasiya);
Satınalma prosedurlarına, daxili qaydalara və risklərin idarə olunması prinsiplərinə riayət olunmasına nəzarət;
Komandanın idarə edilməsi, inkişafı və fəaliyyətinin koordinasiyası.
Tələblər
Ali təhsil (iqtisadiyyat, logistika, mühəndislik və ya əlaqəli sahələr üstünlükdür);
İngilis dili – sərbəst səviyyədə (çin, türk və rus dili biliyi üstünlük hesab olunur);
Xarici bazarların və beynəlxalq satınalma prinsiplərinin dərindən bilinməsi;
Birbaşa satınalma sahəsində minimum 3–5 il, o cümlədən rəhbər vəzifədə təcrübə;
Güclü analitik düşüncə, böyük həcmli məlumatlarla işləmə və qərarvermə bacarığı;
Danışıqların aparılması, kommersiya şərtlərinin formalaşdırılması və qiymət strategiyalarının qurulması bacarığı;
Satınalma sənədləri və müqavilələrlə işləmək təcrübəsi;
ERP sistemləri ilə işləmə bacarığı (SAP, 1C və ya analoji sistemlər üstünlükdür);
MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
Yüksək məsuliyyət, liderlik və ünsiyyət bacarıqları;
Xarici və daxili ezamiyyətlərə hazır olmaq.
Biz təklif edirik:
Strateji və qərarverici rol;
Rəhbər vəzifəyə uyğun rəqabətli əmək haqqı;
Peşəkar inkişaf və beynəlxalq təchizatçılarla işləmə imkanı;
Şəhərin mərkəzində ofis
Dinamik və nəticəyönümlü iş mühiti.
İş şəraiti:
İş saatı: 09-00-dan 18-00-dək;
İş yeri: Xətai 34, Luxen Plaza
İstirahət: Şənbə və bazar günü.
Maaş: müsahibə nəticəsi əsasında razılaşma yolu ilə təyin ediləcək.
Maraqlanan namizədlər qeyd edilən mail unvanına cv-lərini göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Matanat A
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4739
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə