İşə Qəbul üzrə Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
800 AZN-dən
Yerləşdirilib 14 may 2026
Son Tarix: 13 iyun 2026
Təsvir
Əsas Öhdəliklər:
Vakansiyaların hazırlanması və iş platformalarında yerləşdirilməsi;
CV-lərin dəyərləndirilməsi və uyğun namizədlərin seçilməsi;
Müsahibələrin keçirilməsi, namizədlərin peşə bacarıqları, iş təcrübəsi, motivasiyası və şirkət mədəniyyətinə uyğunluğunun obyektiv metodlarla qiymətləndirilməsi;
Namizədlərin bazasının formalaşdırılması və idarə olunması;
Şirkətin kadr ehtiyaclarının analiz edilməsi;
Əmək bazarında olan cari vakansiyaların təhlili, tələblərinin müəyyənləşdirilməsi;
Təcrübə proqramından məzun olan müdavimlərin işə yerləşdirilməsi prosesinin izlənilməsi;
Təcrübə proqramından məzun olan müdavimlərin CV-lərinin vakansiyanın tələblərinə uyğun olaraq tərtibatına nəzarət edilməsi;
Təcrübə proqramından məzun olan müdavimlərin səriştəliklərinin inkişaf etdirilməsi üçün tədbirlər planının hazırlanması və həyata keçirilməsi;
Müvafiq vakansiya üzrə müdavimlərin müsahibə prosesinə hazırlanması;
İşçi təminatı və məşğulluq göstəriciləri üzrə həftəlik/aylıq hesabatların hazırlanması.
Tələblər
Kvalifikasiya Tələbləri:
Təhsil: Müvafiqsahələr üzrə ali (bakalavriat) təhsil;
İş təcrübəsi: İşə qəbul sahəsində minimum 1 il təcrübə;
Tələb olunan bilik və bacarıqlar:
İşə qəbul prosesinin idarə edilməsi bacarığı;
Səriştəlik əsaslı müsahibə aparma bacarığı;
Azərbaycan dili – səlis; rus və ya ingilis dillərindən birini bilməsi üstünlükdür;
MS Office, iş elan platformaları, LinkedIn Recruiter ilə işləmə bacarığı;
Şifahi və yazılı ünsiyyət bacarığı;
Araşdırma bacarığı;
Təhlil etmə bacarığı;
Qərar vermə bacarığı;
Təşkilatçılıq bacarığı;
Kompüter bilikləri.
Təklif Edirik:
Əmək haqqı: 800 -1000AZN (sabit) + hər uğurlu işçi təminatına görə bonus sistemi;
Karyera və peşəkar inkişaf imkanları;
Gənc və peşəkar komanda ilə dinamik iş mühiti;
İş qrafiki: 5 günlük iş həftəsi;
İş saatı: 09:00 – 18:00.
Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov 25A.
Tələblərə uyğun olan namizədlər öz CV-lərini “İşə Qəbul üzrə Mütəxəssis” başlığı ilə hr@improve.az elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Improve Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#16222
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə