İşə qəbul üzrə menecer
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 dekabr 2025
Son Tarix: 24 yanvar 2026
Təsvir
AZERA Holding MMC İşə qəbul üzrə menecer vakansiyasını elan edir.
İş haqqında məlumat:
Holdinq daxilindəki bütün səviyyələr, o cümlədən mürəkkəb səviyyəli vəzifələr üzrə işə qəbul prosesini A-dan Z-yə idarə etmək.
Effektiv istedad cəlbetmə strategiyaları hazırlamaq və tətbiq etmək (pasiv namizəd axtarışı, sosial media, peşəkar şəbəkələr, məzun proqramları və s.).
İşə qəbul üçün büdcə və hesabatlılıq sistemini idarə etmək, əsas performans göstəricilərini (KPI'ları) müəyyənləşdirmək və izləmək.
Müxtəlif karyera portalları, LinkedIn kimi peşəkar platformalar və digər resurslardan istifadə edərək namizəd bazasını genişləndirmək.
Holdinqin işəgötürən brendinin (Employer Branding) gücləndirilməsi istiqamətində PR və marketinq komandaları ilə sıx əməkdaşlıq etmək.
Menecerlərlə mütəmadi görüşlər keçirərək ehtiyacları dəqiq analiz etmək, vakansiya profillərini effektiv şəkildə hazırlamaq.
İşə qəbul prosesinin səmərəliliyini artırmaq üçün rəqəmsal HR alətlərini (məsələn, ATS - Applicant Tracking System) təklif etmək və tətbiq etmək.
Namizədlərə müsbət təcrübə təmin etmək məqsədilə kommunikasiya standartlarını yüksək səviyyədə saxlamaq.
Tələblər
İnsan Resursları, İdarəetmə və ya müvafiq sahədə ali təhsil.
Müxtəlif sektorları əhatə edən böyük bir şirkətdə və ya holdinqdə İşə Qəbul/İstedadın Cəlbi sahəsində minimum 4-5 il iş təcrübəsi (Menecer səviyyəsində təcrübə arzuolunandır).
K/təsərrüfatı, Səhiyyə, İstehsalat, Xidmət, Tibbi sahələr üzrə işə qəbulu təmin etmək imkanı (qeyd olunan sahələr üzrə CV və namizəd bazası)
Aktiv namizəd axtarışı (sourcing) və headhunting metodologiyaları barədə dərin bilik və təcrübə.
Azərbaycan və Rus dillərində səlis, İngilis dilində yüksək səviyyədə işgüzar yazışma və danışıq bacarığı vacibdir.
Güclü ünsiyyət, təqdimat və danışıqların aparılması bacarığı.
Dinamik və çoxşaxəli iş mühitində eyni anda bir neçə layihəni idarəetmə qabiliyyəti.
HR proqramları (ATS/HRIS) ilə işləmə təcrübəsi.
İş şərtləri:
5 günlük iş qrafiki
ƏM-nə uyğun rəsmiləşdirmə
Əmək haqqı razılaşdırılma
CV-nizi “İşə qəbul üzrə menecer” mövzusu, şirkətin adı qeyd olunmaqla qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur .
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Azera Holding
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3659
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə