İş icraçısı (Tikinti sahəsində)

Tam Ştat

Orta Səviyyə

1.500 AZN-dən

Yerləşdirilib 26 may 2026

Son Tarix: 6 iyun 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Tikinti sahəsində görülən işlərin layihə, texniki sənədlər və iş qrafikinə uyğun icrasına nəzarət etmək;

  • İşçi briqadalarının fəaliyyətini təşkil və idarə etmək;

  • Günlük və həftəlik iş həcmlərini planlaşdırmaq, icra hesabatlarını hazırlamaq;

  • Materialların düzgün və səmərəli istifadəsinə nəzarət etmək;

  • Təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;

  • Texniki nəzarətçi və mühəndislərlə koordinasiyalı şəkildə işləmək;

  • Görülmüş işləri qəbul aktlarına əsasən sənədləşdirmək.

  • Tapşırığı tam və vaxtında yerinə yetirmək.

  • İş zamanı avadanlıq və materialları qorumaq və düzgün istifadə etmək.

  • İş yerində təhlükəsizlik qaydalarına riayət etmək.

  • İş zamanı yaranan problemləri və gecikmələri layihə rəhbərinə dərhal bildirmək.

  • Layihə rəhbərinin verdiyi əlavə tapşırıqları vaxtında yerinə yetirmək.

Tələblər

  • Tikinti mühəndisliyi və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili;

  • Minimum 5 il iş icraçısı kimi təcrübə;

  • Layihə oxuma bacarığı və texniki biliklər;

  • Komanda ilə işləmə və idarəetmə bacarığı;

  • Məsuliyyətli, dəqiq və operativ işləmək qabiliyyəti;

  • MS Office (xüsusilə Excel) və AutoCAD proqramlarında işləmə bacarığı

  • İngilis dili (orta səviyyə) tələb olunur

Əmək haqqı: 1500 azn

Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan nömrəyə göndərə bilərlər.

Əlaqə ucun: +994502355130

Necə Müraciət Etmək Olar

AzerTunelSuTikinti

AzerTunelSuTikinti

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17675

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya