İqtisadçı
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 yanvar 2026
Son Tarix: 14 fevral 2026
Təsvir
İş şəraiti
**Struktur bölmə:**Maliyyə-iqtisadiyyat şöbəsi
**Hesabatlılıq:**Maliyyə üzrə baş direktor müavininə tabe olur
**İş qrafiki:**Tam ştat — həftədə 5 iş günü, maksimum 40 saat
**İş yeri:**Bakı şəhəri, Binəqədi qəsəbəsi
**Ezamiyyətlər:**Nəzərdə tutulmur
**Sınaq müddəti:**Minimum 3 ay
Tələblər
Təhsil:
Ali iqtisadi təhsil
Beynəlxalq maliyyə sertifikatlarına malik olmaq,təkmilləşdirmə kursları və s. proqramlarda iştirakı üstüstünlükdür;
İş təcrübəsi:
Oxşar vəzifədə ən azı 1 il iş təcrübəsi
Funksional vəzifələr:
Xərclərin yoxlanılması, təhlil və nəzarət edilməsi, müvafiq hesabatların tərtib edilməsi;
Təsdiq olunmuş büdcə çərçivəsində müxtəlif ssenarilər üzrə proqnozlaşdırma;
Büdcə çərçivəsində xərclərin və qiymətlərin nəzarətdə saxlanması;
Büdcənin icrası üzrə kuratorlarla iş;
Layihələr üzrə xərclərin kalkulyasiyası;
Rüblük və illik hesabatlar üçün informasiyanın konsolidasiyası ilə və Şirkət bölmələrindən alınmış informasiyanın yoxlanılması;
Mal-materiallar qiymətlilərinin alınması üzrə rüblük hesabatların formalaşdırılması;
Hesabat dövrlərinin sonunda və xüsusi hallarda hesabatların və təqdimatların hazırlanması.
Aylıq və illik maliyyə analizlərinin hazırlanması;
Dil bilikləri:
Azərbaycan və rus dilində yüksək səviyyədə yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı. İngilis dili arzuolunandır.
Kompüter bacarıqları:
Əla səviyyədə:
MS Excel
MS Word
MS PowerPoint
Yaxşı səviyyədə:
MS Outlook
Peşə ilə bağlı digər proqramlar
Şəxsi keyfiyyətlər:
Məsuliyyətli
Analitik düşüncə tərzi
Rəqəmlərlə işləyərkən detallara diqqət və dəqiqlik
Komandada işləmə bacarığı
Ünsiyyətcil
Yeni layihələrin həyata keçirilməsində yaradıcılıq və təşəbbüskarlıq
Stressə davamlılıq
Biz nə təklif edirik:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş saatları: 08:00-17:00 (həftədə 5 gün);
Nahar yeməyi;
Servis xidməti mövcuddur;
Peşəkar inkişaf imkanı.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “İqtisadçı” qeyd etməklə göndərə bilərlər. Zəhmət olmasa, yalnız tələb olunan meyarlara uyğun gələn namizədlər öz CV-lərini təqdim etsinlər.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Binagadi Oil Company
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4788
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə