iOS developer (middle)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 4 iyun 2026

Təsvir

  • iOS tətbiqlərinin hazırlanması, inkişaf etdirilməsi və texniki dəstəklənməsi

  • Yeni funksionallıqların hazırlanması və mövcud modulların təkmilləşdirilməsi

  • UI/UX dizaynlara uyğun interfeyslərin hazırlanması

  • Backend komandası və digər aidiyyəti tərəflərlə inteqrasiya işlərinin həyata keçirilməsi

  • Kod keyfiyyətinin qorunması, refaktorinq və optimizasiya işlərinin aparılması

  • Bug-ların aşkarlanması və aradan qaldırılması

  • Texniki sənədləşmədə və kod baxışlarında iştirak

  • Komanda daxilində agile/scrum yanaşması ilə işləmək

Tələblər

  • iOS development sahəsində ən azı 2–4 il iş təcrübəsi

  • Swift proqramlaşdırma dilini yaxşı səviyyədə bilmək

  • SwiftUI ilə işləmə təcrübəsi

  • UIKit ilə işləmə təcrübəsi

  • iOS platformasında tətbiq arxitekturaları üzrə biliklər (MVC, MVVM və s.)

  • REST API-lərlə işləmə təcrübəsi

  • JSON parsing və şəbəkə sorğularının idarə olunması üzrə biliklər

  • Auto Layout, responsive UI və interface qurulması üzrə təcrübə

  • Git ilə işləmə bacarığı

  • App performance, debugging və memory management üzrə anlayış

  • Problem həll etmə və analitik düşünmə bacarığı

  • Komandada işləmə və effektiv ünsiyyət bacarığı

Üstünlük hesab olunur:

  • Clean Architecture prinsipləri üzrə bilik

  • Combine və ya async/await ilə işləmə təcrübəsi

  • Core Data və ya digər local storage həlləri ilə işləmə təcrübəsi

  • Firebase, push notification, analytics servis inteqrasiyaları üzrə təcrübə

  • App Store deployment və release proseslərində iştirak təcrübəsi

  • Unit test / UI test yazılması üzrə təcrübə

Necə Müraciət Etmək Olar

Yelo Bank ASC

Yelo Bank ASC

Finance

Yelo Bank Azərbaycanda fəaliyyət göstərən innovativ kommersiya banklarından biridir. Bank 1994-cü ildə “Nikoil Bank” adı ilə fəaliyyətə başlayıb və sonradan rebrendinq edilərək “Yelo Bank” adı altında müasir və rəqəmsal bankçılıq konsepsiyasına keçid edib. Yelo Bank fərdi və biznes müştəriləri üçün kredit, depozit, kart məhsulları, köçürmələr və digər maliyyə xidmətləri təqdim edir. Bank xüsusilə gənc və rəqəmsal yönümlü yanaşması ilə seçilir. “Yelo App” mobil tətbiqi vasitəsilə istifadəçilərə onlayn bank əməliyyatları, kredit sifarişi, ödənişlər və hesab idarəetməsi kimi xidmətlər rahat şəkildə təqdim olunur. Yelo Bank innovasiya, sürətli xidmət və müştəri təcrübəsini prioritet hesab edərək Azərbaycanın rəqəmsal bankçılıq sektorunda mövqeyini gücləndirməyə davam edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17477

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya