İnzibati köməkçi / Direktor assistenti
Tam Ştat
Direktor
700 AZN-dən
Yerləşdirilib 26 may 2026
Son Tarix: 1 iyun 2026
Təsvir
German Dental Clinic Alman standartlarına uyğun fəaliyyət göstərən, tam rəqəmsal texnologiyalarla təchiz olunmuş müasir stomatoloji mərkəzdir. Rəhbərlik səviyyəsində proseslərin effektiv idarə olunması üçün yüksək təşkilatçılıq qabiliyyətinə malik, operativ və məsuliyyətli Direktor assistentiaxtarırıq.
Vəzifə öhdəlikləri:
Direktorun gündəlik iş qrafikinin planlaşdırılması və idarə olunması
Görüşlərin və rəsmi toplantıların təşkili
Tapşırıqların icrasının izlənməsi və nəzarətdə saxlanılması
Komanda və şöbələr arasında koordinasiyanın təmin edilməsi
Daxili və xarici rəsmi yazışmaların aparılması
Hesabatların, təqdimatların hazırlanması
Sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsi
Klinikada inzibati proseslərin təşkilində aktiv iştirak
Tələblər
Ali təhsil
Azərbaycan dili – mükəmməl
İngilis dili – yaxşı səviyyədə (üstünlükdür)
MS Office proqramlarında sərbəst işləmə bacarığı
Yüksək təşkilatçılıq və planlama bacarığı
Operativlik, məsuliyyətlilik və dəqiqlik
Güclü yazılı və şifahi ünsiyyət bacarıqları
Oxşar vəzifədə iş təcrübəsi üstünlükdür
Şəxsi keyfiyyətlər:
Proaktiv və təşəbbüskar yanaşma
Detallara yüksək diqqət
Məxfiliyin qorunması və etibarlılıq
Stress altında işləmə bacarığı
Biz təklif edirik:
Alman standartlarına uyğun peşəkar iş mühiti
Müasir və tam rəqəmsal klinikada çalışma imkanı
Birbaşa rəhbərlə işləmək və sürətli inkişaf imkanı
Karyera yüksəlişi perspektivi
Rəqabətli əmək haqqı
İş şəraiti
İş qrafiki: 6 gün saat 9:00-18:00
Əmək haqqı: 700 AZN
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində Direktor assistenti qeyd edilməlidir.
Əlaqə +994506407441
Necə Müraciət Etmək Olar
German Dental Clinic MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17900
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor