İnvestisiya Xidmətləri üzrə Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 fevral 2026
Son Tarix: 17 mart 2026
Təsvir
Təhsil: Ali təhsil - İqtisadi sahələrdən olan namizədlərə üstünlük veriləcəkdir.
Dil bilikləri: Azərbaycan dili - mükəmməl, Rus və İngilis dilləri - orta səviyyə;
Kompüter bilikləri: Microsoft Office və digər müvafiq proqramlar üzrə biliklər;
İnvestisiya fəaliyyətinə və qiymətli kağızlar bazarına aid qanunvericilik üzrə biliklər və investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair ixtisas şəhadətnamələri.
Tələblər
Dəqiqlik və Detallara Diqqət: Hər bir sənədin düzgün tərtibi və məlumatların doğruluğu vacibdir;
Zaman İdarəetməsi və Prioritetləşdirmə: Vaxtı düzgün idarə etmək və ən önəmli işləri öncəliklə həll etmək bacarığı;
Sənədlərlə Hüquqi və Normativ Qaydalara Uyğun İşləmək: Hüquqi tələbləri və standartları bilmək və onlara riayət etmə bacarığı;
Ünsiyyət və Təsir Etmək: Müştərilərlə və komanda üzvləri ilə effektiv ünsiyyət qurma bacarığı;
Problemləri Həll Etmək: Qarşıya çıxan çətinliklərə sürətli və doğru həll yolları tapmaq.
Müasir bazar trendləri və sektor yenilikləri barədə məlumatlılıq
Vəzifə öhdəlikləri:
İnvestisiya xidmətlərinin effektiv aparılmasında və təklif edilməsində aktiv iştirak etmək;
Bazarın gündəlik monitorinqi və bazar trendlərinin təhlili
Qiymətli kağızlar və investisiya xidmətləri üzrə investisiya təkliflərinin hazırlanması
İnvestisiya əməliyyatlarının icrasında iştirak və əməliyyatların düzgünlüyünə nəzarət
Müştərilərə investisiya məhsulları və bazar şərtləri barədə məlumat və məsləhətlərin verilməsi
İnvestisiya qərarlarının mövcud qanunvericilik və daxili qaydalara uyğunluğunun təmin edilməsi
Qanunvericilik və daxili qaydalar ilə tələb olunan hesabat və məlumatların hazırlanması
Sənədləşmə işlərinin qurulması, təşkili və həyata keçirilməsində iştirak etmək;
Müştəri sifarişlərinin icrasını təmin etmək və mövcud əməliyyatların müvafiq sistemə daxil edilməsi və aparılması həyata keçirmək;
Sorğuların operativ həlli vasitəsilə müştəri məmnuniyyətinin davamlı yüksəldilməsi
Daxili nəzarət, audit və komplayens tələblərinə prosedurlarına tam uyğunluğun təmin edilməsi
Cəmiyyəti təmsil edən nümayəndə qismində tədbir, treyninq, konfrans və seminarlarda iştirak etmək və ya çıxışlar etmək.
Təklif edirik:
İş saatları: 09:00 - 18:00;
İstirahət günləri: Şənbə və Bazar;
Nahar: Şirkət tərəfindən təmin olunur;
Tibbi sığorta: Təmin edilir.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Invest AZ QSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9067
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə