İnventarların uçotu üzrə mütəxəssis
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 22 may 2026
Təsvir
Mağaza və şöbələrdən daxil olan tələblərin toplanması, təhlil edilməsi və təmin olunması;
Yeni mağaza açılışları üzrə məhsul planlamasının aparılması və təminatın təşkil edilməsi;
Mebel, məişət və rəqəmsal məhsullar üzrə sifarişlərin qiymətləndirilməsi və yönləndirilməsi;
Anbar, outlet və digər qalıqlar əsasında optimal təminat qərarlarının verilməsi;
Məhsulların təkrar istifadəsinin təşkil edilməsi və xərclərin optimallaşdırılması;
Satınalma prosesində iştirak edilməsi və təchizatçı təkliflərinin qiymətləndirilməsi;
Stok səviyyəsinin monitorinqinin aparılması və vaxtında stokun yenilənməsi tədbirlərinin görülməsi;
Məhsul keyfiyyətinə nəzarət edilməsi və alternativlərin araşdırılması;
Texniki avadanlıqlar üzrə, printer, kondisioner və s., təmir və əvəzləmə proseslərinin idarə olunması;
Servis mərkəzləri ilə işin təşkili və təmir xərclərinin optimallaşdırılması;
İnventar uçotunun sistem üzrə aparılması və istifadə qalıqlarının izlənməsi;
Anbar əməliyyatlarının izlənməsi və sistem uyğunsuzluqlarının aradan qaldırılması;
Brend menecerlərlə koordinasiyanın qurulması və məhsul seçiminin təşkil edilməsi;
Açılan və bağlanan mağazalar üzrə inventar və təminat proseslərinin idarə olunması;
Hesabatların hazırlanması və sərfiyyat üzrə təhlillərin aparılması.
İş şəraiti:
İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00.
Tələblər
Ali təhsil;
Azərbaycan dili səlis, rus dili biliyi üstünlükdür.
Retail və ya şəbəkə bizneslərində, həmçinin satınalma və təchizatçı idarəçiliyi sahəsində təcrübə üstünlükdür;
Təchizat, logistika və ya anbar idarəçiliyi sahəsində iş təcrübəsi;
ERP sistemləri ilə işləmə bacarığı (Micro, 1C və s.);
Analitik düşünmə və qərarvermə bacarığı;
MS Excel və hesabatlılıq üzrə yaxşı səviyyədə biliklər;
Operativlik, məsuliyyətlilik və detallara diqqət;
Komanda ilə işləmə və effektiv kommunikasiya bacarığı;
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14584
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+