İnventarlar üzrə hesablayıcı (gecə növbəsi)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 fevral 2026
Son Tarix: 12 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Mağazalarda keçirilən Total inventarizasiyalarda qrafikə uyğun davamlı iştirak etmək
Mağazalarda keçirilən Total inventarizasiyalarda sayıma görə bölgü edilmiş ərazi və məhsullar üzrə sayım etmək, ayıları skan edərək sistemə daxil etmək
Total sayımlarda davamiyyət üzrə (əsasən gecə növbəsi) iştirak etmək, məhsulların sayılmasını və eləcə də barkod və miqdarları skan edərək sistemə daxil edilməsini təmin etmək
Sayım sonrası Qrup rəhbərləri tərəfindən təyin edilmiş cədvəllər üzrə təkrar sayım etmək və məlumat vermək
Mağazanın satış ərazisinə uyğun bölünmüş sahələr üzrə öhdəliyinə düşən zonaların vaxtında sayılmasını, skan edilməsini və yoxlanılmasını təmin etmək
Qrup rəhbərlərinin verdiyi tapşırıqları (Anbar və ya Ticarət zalında təsadüfi sayım və ya yoxlanış, bölgü üzrə zonaların sayılması və ya əl terminalı ilə skan edilməsi və s.) yerinə yetirmək
Tələblər
Müvafiq sahə üzrə 1 ildən çox təcrübəsi
İnventarizasiya keçirmə bacarığı
Market sistemində iş təcrübəsi
Marketdə satılan məhsul çeşidlərilə bağlı praktiki iş təcrübəsi
Sürətli hesablama qabiliyyəti
Sərbəst Azərbaycan dili , rus dili arzuolunandı
Microsoft Office proqramlarından anlayış
Problem həlletmə yönümlü
Nəticələrə əsaslanan, Fəaliyyət yönümlü
Situasiyaya uyğunlaşma qabiliyyəti
Bütün iş tapşırıqlarında keyfiyyətə və etibarlılığa sadiqlik
Şirkət və komanda mühitində işləmək
Standart əməliyyat prosedurları (SOPs) və əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit qaydaları və qanunları haqqında anlayış
Maraqlanan namizədlər göstərilən email ünvanına “Hesablayıcı” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Azerbaijan SuperMarket
Retail
Azerbaijan SuperMarket Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışı üzrə fəaliyyət göstərən supermarket şirkətidir. Şirkət müştərilərə geniş məhsul çeşidi və münasib qiymətlərlə rahat alış-veriş təcrübəsi təklif etməyi hədəfləyir və milli dəyərlərə bağlı, etibarlı brend imicini qorumağa çalışır. Məqsədi yüksək keyfiyyətli məhsulları həm yerli, həm də beynəlxalq standartlara uyğun şəkildə təqdim etməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8340
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+