Ana Səhifə
Vakansiyalar

İnteryer dizayner

İnteryer dizayner

Bakı,, Azərbaycan

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 22 mart 2026

Son Tarix: 18 aprel 2026

Təsvir

  • Kontakt Home mağazalar şəbəkəsinin filiallarının və şəbəkəyə daxil digər layihələrin interyer dizaynının işlənilməsi;

  • Layihələrin realizasiyası və müəllif nəzarətinin həyata keçirilməsi.



İş şəraiti:

  • İş günləri: I-V günlər;

  • İş saatı: 09:00-18:00.

Tələblər

  • Ali təhsil (Memarlıq və ya interyer dizayn sahəsində);

  • İnteryer dizayn sahəsində azı 5 il iş təcrübəsi;

  • İnteryer dizayn sahəsində həyata keçirdiyi proyektlərdən ibarət portfolio;

  • Autocad, 3dmax proqramları üzrə interyer dizaynerə lazım olan səviyyədə biliklər;

  • Planlaşdırma, analiz bacarığı, dəqiqlik, səbrlilik və punktuallıq;

  • Stresə davamlılıq, nəticə yönümlülük.

  • Portfolionun olması mütləqdir.

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11682

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya