İnspektor
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 20 iyun 2026
Təsvir
Namizədə olan tələblər:
Təcrübə tələbi 1-3 il
Təhsil - Ali təhsil-Bakalavr
Ixtisas - Keyfiyyətə nəzarət
Dil biliyi - İngilis dili-Orta / Əla, Rus dili-Əla, Türk dili-Orta
Komputer bacarıqları - Ms ExcelMs Power PointOutlook email sistemi
Operativlilik və qərar qəbul etmək bacarıqlarına malik olmalı;
Böyük həcimli məlumatlarla işləmək bacarıqlarına malik olmalı;
Peşəkar ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalı;
Güclü təşkilati bacarıqlara malik olmalı;
İşgüzar yazışma əsaslarını bilməli;
Yenilikçi, aktiv və komandada işləmək bacarığına malik olmalı;
Analitik düşünmə qabiliyyətinə malik olmalıdır.
Ali təhsili (Kimya, Kimya mühəndisi)
Ümumi vəzifə öhdəlikləri:
İstehsal olunan məhsulların standartlara və təmin edilən qaydalara uyğun olmasına nəzarət edilməsi;
İstehsal olunan məhsulun vizual və ölçülərinin yoxlanılması;
İstehsal olunan məhsulun düzgün olan, qeydiyyatdan keçmiş, möhürlənmiş cizgilər əsasında yoxlanılması;
Sifarişə uyğun olaraq istehsal olunmuş məhsulun qarışmaması üçün qəbul edilmiş qaydada nişanlanmasına (markalanmasına) nəzarət edilməsi;
İstehsal prosesinin bütün mərhələlərində operativ nəzarətin həyata keçirilməsi;
Keyfiyyətsiz məhsulun istehsalının qarşısının alınması;
Uyğunsuz və ya zay məhsul buraxıldığı təqdirdə məhsul partiyasını (seriyasını) qəbul etməmək və bu haqda rəhbərliyi yazılı şəkildə məlumatlandırmaq;
Zay məhsul istehsalı zamanı onun sənədləşdirilməsini, qeydiyyatını və izolə olunmasını təmin etmək;
Məhsulun keyfiyyətinin qoyulan tələblərə cavab verməməsi səbəblərinin analiz və tədqiq edilməsində iştirak etmək;
Məhsulun düzgün paketlənməsinə nəzarət etmək;
İstehsal zamanı məhsulun girişdən çıxışa qədər bütün mərhələlərdə izlənməsini təmin etmək;
İş şəraiti
Məşğulluq növü - Tam ştat
Əmək haqqı - Müsahibə əsasında təyin ediləcək.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
STP Alüminium
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18370
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə