İnsan Resursları və İnzibati işlər üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
800 AZN-dən
Yerləşdirilib 18 mart 2026
Son Tarix: 17 aprel 2026
Təsvir
Gənc və dinamik inkişaf edən şirkət olan Ineo Group , Fransa mənşəli Jacadi Paris və Yves Rocher, eləcə də İspaniya mənşəli Mayoral kimi tanınmış Avropa brendlərinin Azərbaycanda rəsmi və eksklüziv nümayəndəsidir. Şirkət bu brendlərin ölkə bazarında satış fəaliyyətini həyata keçirərək, yüksək keyfiyyətli məhsulların satışını təmin edir.
Ineo Group şirkəti İnsan Resursları və İnzibati işlər üzrə mütəxəssis vakansiyası üzrə namizəd dəvət olunur.
Vəzifə öhdəlikləri:
Dövlət qurumları (DMA, DSMF, ƏMAS və s.) ilə qarşılıqlı əməkdaşlığın təşkili, tələb olunan hesabatların vaxtında və düzgün təqdim olunması;
İşçilərin əmək müqavilələrinin hazırlanması, sistemə daxil edilməsi, dəyişiklik və xitam proseslərinin mövcud qanunvericiliyə uyğun şəkildə icrası;
Struktur və vəzifə dəyişiklikləri, rotasiya və vəzifə artımı ilə bağlı HR əməliyyatlarının sənədləşdirilməsi və rəhbərliyə təqdim edilməsi;
İşçilərin şəxsi iş qovluqlarının (Personal File) formalaşdırılması, arxivləşdirilməsi və mütəmadi yenilənməsi;
HR məlumat bazasının yaradılması, məlumatların aktuallığının qorunması və dəyişikliklərin vaxtında sistemə daxil edilməsi;
Gündəlik və aylıq davamiyyətə nəzarət (gecikmə, işə gəlməmə, məzuniyyət, ezamiyyət və s.), müvafiq əmrlərin hazırlanması və hesabatların rəhbərliyə təqdim edilməsi;
Məzuniyyət qrafiklərinin tərtibi, yenilənməsi və məzuniyyətlərin faktiki istifadəsinə nəzarət;
Əmək haqqı, son haqq-hesab və digər ödənişlərin hesablanması və maliyyə departamentinə göndərilməsi;
Bonusların yoxlanılması;
Rəhbərlik tərəfindən verilən digər insan resursları üzrə tapşırıqların icrası;
1C proqramı ilə işləmə və məlumatların sistemdə düzgün qeydiyyatını aparmaq bacarığı;
Namizəd üçün tələblər:
Xanımlar və bəylər: 22-35 yaş arası
İş təcrübəsi 3 ildən 5 ilədək
Pərakəndə (geyim, oyuncaq və kosmetika) satış sahəsində təcrübə olan namizədlərə üstünlük veriləcəkdir.
Diqqətcil olması
Azərbaycan dilində sərbəst danışıq bacarığı (rus və ingilis dili üstünlükdür)
Ünsiyyət bacarığı və işə yaradıcı yanaşma
İş şəraiti:
İş qrafiki: 5 iş günü
İş saatı: 08:00-dan 17:00-dək
Əmək haqqı: 800 AZN
Maraqlanan namizədlərdən mövzu sətrində “İnsan Resursları və İnzibati işlər üzrə mütəxəssis” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına CV göndərmələri tələb olunur.
Əlavə suallar üçün 077-477-10-11 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz
Necə Müraciət Etmək Olar
Ineo Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11522
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə