Ana Səhifə
Vakansiyalar

İnsan Resursları üzrə Mütəxəssis

İnsan Resursları üzrə Mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 13 fevral 2026

Son Tarix: 14 mart 2026

Təsvir

Əmək Münasibətlərinin Sənədləşdirilməsi:

  • İşə qəbul, vəzifə dəyişikliyi, əmək müqaviləsinə xitam verilməsi (işdən çıxarış) üzrə bütün sənədləşmə prosedurlarını tam və vaxtında aparmaq.

  • "ƏMAS" (Əmək Müqaviləsi Bildirişləri üzrə Elektron Xidmətlər Sistemi) portalında müvafiq məlumatların dəqiqliyini və vaxtında işlənilməsini təmin etmək.

Mühasibatlıq/Əməliyyat Dəstəyi:

  • Əmək haqqının hesablanması üçün zəruri olan iş vaxtı tabellərinin (tabel uçotu) dəqiqliklə hazırlanması, yoxlanılması və mühasibatlığa təqdim edilməsi.

  • İşçilərin ezamiyyə və məzuniyyət ödənişlərinin hesablanması

Kadr Uçotu və Qeydiyyat:

  • İşçilərin illik məzuniyyət qrafiklərinin hazırlanması, məzuniyyət əmrlərinin rəsmiləşdirilməsi və məzuniyyətdən istifadə uçotunun aparılması.

  • Şəxsi işlərin, əmrlərin və digər kadr sənədlərinin qanunvericiliyə uyğun tərtib edilməsi və saxlanılması.

Qanunvericiliyə Uyğunluq:

  • Əmək Qanunvericiliyindəki dəyişiklikləri yaxından izləmək və şirkət daxili prosedurların və sənədləşmənin bu dəyişikliklərə uyğunlaşdırılmasını təmin etmək.

Tələblər

Təhsil:Ali təhsil (İnsan Resursları, Hüquq, İqtisadiyyat, və ya İdarəetmə sahəsində olması arzuolunandır).

Təcrübə: Əməliyyatlar/kadr uçotu üzrə minimum 3 illik iş təcrübəsi.

Bilik:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini və müvafiq qanunvericiliyi mükəmməl bilmək (Əsas Şərt).

  • ƏMAS sistemində sərbəst işləmə bacarığı.

  • Məzuniyyət, ezamiyyə və əmək haqqı tabeli prosedurlarını praktikada sərbəst aparmaq.

  • ERP proqramlarında iş təcrübəsi arzuolunandır.

Bacarıqlar:

  • Yüksək dəqiqlik və detallara diqqət yetirmə.

  • Sistemli və ardıcıl işləmə qabiliyyəti.

  • MS Office proqramlarında (xüsusən Excel) yüksək səviyyədə işləmə bacarığı**.**

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8633

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə