Ana Səhifə
Vakansiyalar

İnsan Resursları üzrə Mütəxəssis

İnsan Resursları üzrə Mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 5 may 2026

Son Tarix: 4 iyun 2026

Təsvir

  • Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) vaxtında daxil edilməsi;

  • Əmək kitabçalarının əmrlər əsasında doldurulması və saxlanılmasının təmin edilməsi;

  • İşə qəbul edilən işçilərin müqavilələrinin  şəxsi işlərinin hazırlanması və vaxtında imzaladılması;

  • Əmək haqqı kart sifarişinin verilməsi;

  • İcbari sığorta müraciətlərinin vaxtında həyata keçirilməsi;

  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;

  • Məzuniyyət qrafiklərini tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotununun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadəsinə nəzarət edilməsi, içilərə illik məzuniyyətlərin verilməsi;

  • Əmək müqaviləsi və əmək kitabçası uçotu jurnalının tərtib edilməsi;

  • İşçilərin işdən çıxış prosesinin Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət edilməklə aparılması;

  • Miqrasiya sənədlərinin hazırlanması, iş və yaşama icazələrinin alınması;

  • Aylıq tabellərin hazırlanması və təsdiqlənməsi;

  • Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək.

Şirkətimizin üstünlükləri:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə

  • İş rejimi: 5  günlük iş qrafiki

  • Əmək haqqı: Razılaşma yolu ilə

  • Karyera yüksəlişi imkanı

Namizəd üçün tələblər

  • Cins: qadın

  • Yaş: 25-40

  • Azərbaycan Respublikası Əmək məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;

  • Aktiv, çevik, ünsiyyətçil və məsuliyyətli olmalı;

  • Ofis proqramları ilə işləməyi bacarmalı;

Tələblərə cavab verən şəxslər CV-ni  qeyd olunan elektron poçt ünvanına mövzu yerinə İnsan Resursları üzrə Mütəxəssis yazaraq göndərə bilərlər.

Əlaqə nömrəsi: 070-233-05-36

Necə Müraciət Etmək Olar

Minor Business Group

Minor Business Group

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15872

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə