İnsan Resursları üzrə Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 18 aprel 2026
Son Tarix: 17 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
İşçilərin işə qəbulu və işdən çıxarılması proseslərinin təşkili
Əmək müqavilələrinin hazırlanması və rəsmiləşdirilməsi
İşçilərin şəxsi işlərinin (şəxsi qovluqların) hazırlanması
Davamiyyətin (işə gəlmə-getmə saatlarının) izlənməsi ,qeydiyyatı, və bununla bağlı hesabatın rəhbərə təqdim olunması
Məzuniyyət qalıqları cədvəlinin hazırlanması
Məzuniyyətlərin planlaşdırılması, qeydiyyatı və hesablanması
Əməkhaqqı üçün tabellərin hazırlanması
İşçi məlumatlarının 1C proqramında işlənməsi və yenilənməsi
İşçilərlə bağlı əmrlərin (qəbul, xitam, məzuniyyət və s.) hazırlanması
Daxili nizam-intizam qaydalarına nəzarət
Yeni işçilərin adaptasiya (oriyentasiya) prosesinin təşkili
HR sənədləşmə işlərinin aparılması və arxivləşdirilməsi
Əmək qanunvericiliyinə uyğun sənədləşmənin aparılması
Ezamiyyətlərin rəsmiləşdirilməsi və qeydiyyatı
İş qrafiklərinin hazırlanması və idarə olunması
HR hesabatlarının hazırlanması (aylıq, illik)
Elektron hökumət portalları ilə iş (məsələn, əmək müqavilələrinin qeydiyyatı və s.)
Daxili kommunikasiya və işçilərlə əlaqələrin idarə olunması
Xəstəlik vərəqələrinin sistemə işlənib hesablanması
Əmək haqqı kartlarının sifariş olunması
Sığorta müqavilələrinə nəzarət olunması
Statistik hesabatların hazırlanması
Əmək kitabçalarının yazılması
Tələblər
Müvafiq sahə üzrə təhsil
Mövcud sahədə ən az 2-3 il iş təcrübəsi
MS Office, xüsusilə Excel bilikləri
1C proqramında sərbəst işləmə bacarığı (əla)
Məsuliyyətli, dəqiq və peşakar
Rus dili (arzuolunandır)
Cins: qadın
Şərtlər:
İş qrafiki həftədə 5 iş günü, saat 09:00-dan 18:00-dək
İş yeri- Tbilisi prospekti
Əmək haqqı 1000 AZN
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
CV-ləri göstərilən mail ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Azermash
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14232
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə