İnsan Resursları üzrə menecer
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 yanvar 2026
Son Tarix: 29 yanvar 2026
Təsvir
İş haqqında məlumat:
Dövlət qurumları (DMA, DSMF, ƏMAS və s.) ilə əməkdaşlığın koordinasiyası və tələb olunan hesabatların vaxtında təqdim olunması;
İşçilərin əmək müqavilələrinin hazırlanması, sistemə daxil edilməsi, dəyişiklik və xitam əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə icrası;
Struktur və vəzifə dəyişiklikləri, rotasiya, vəzifə artımı kimi HR əməliyyatlarının sənədləşdirilməsi və rəhbərliyə təqdimatı;
İşə qəbul əməliyyatlarının həyata keçirilməsi;
İşçilərin şəxsi işlərinin (Personal File) düzgün formalaşdırılması, arxivləşdirilməsi və sistematik yenilənməsi;
HR data-bazanın yaradılması, məlumatların daim aktual saxlanılması və dəyişikliklərin vaxtında daxil edilməsi;
Gündəlik və aylıq davamiyyətə nəzarət (gecikmə, işə gəlməmə, məzuniyyət, ezamiyyət və s.), uyğun əmrlərin hazırlanması və rəhbərliyə hesabatların təqdim edilməsi;
Məzuniyyət qrafiklərinin hazırlanması, yenilənməsi və məzuniyyətlərin faktiki istifadəsinə nəzarət;
Rəhbərlik tərəfindən verilən digər HR tapşırıqlarının icrası.
Tələblər
Yaxın Ərazilərdə (Sumqayıt,Xırdalan,Hökməli,Sulutəpə,Müşfiqabad,Masazır) yaşayan namizədlərin müraciət etməsi daha uyğundur.
İnsan Resursları sahəsində mütəxəssis kimi 3 il iş təcrübəsi olmalı;
İş şəraiti:
Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıqlarına görə təyin olunacaq
İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00, şənbə-bazar istirahət;
Nahar şirkət tərəfindən verilir;
Ünvan: Abșeron rayonu, Şamaxı șossesi,14-cü km;
Müraciət üçün: CV-nizi (051) 240-95-68 (whatsapp)-na və ya mövzu yerinə “İnsan Resursları üzrə menecer” yazaraq göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Can-Pa
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3894
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə