İnsan Resursları üzrə menecer
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 17 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Şirkətin İnsan Resursları (İR) strategiyasının hazırlanması və strateji məqsədlərə uyğun idarə edilməsi;
İR üzrə siyasət, prosedur və standartların hazırlanması, onların icrasına nəzarət;
İşçi qüvvəsinin planlaşdırılması və səmərəli idarə olunması;
İR büdcəsinin tərtib olunması və icrasının izlənməsi;
Şirkət strukturunun formalaşdırılması və optimal idarə olunması;
İR sisteminin inkişafına nəzarət, potensial risklərin müəyyən olunması və aradan qaldırılması;
İş analizlərinin təşkili və həyata keçirilməsi;
Vəzifə təlimatlarının hazırlanmasının təmin edilməsi;
Vəzifələr üzrə kateqoriyaların və səriştə tələblərinin müəyyənləşdirilməsi;
İşçi tələbatının müəyyənləşdirilməsi, düzgün namizədlərin seçilməsi və işə qəbul prosesinin idarə olunması;
Oriyentasiya planının hazırlanması, yeni işçilərin adaptasiyası və sınaq müddətində müşahidəsi;
Şirkət səviyyəsində təlim ehtiyaclarının analizini həyata keçirmək, inkişaf planlarını hazırlamaq və icrasını təmin etmək;
Performansın qiymətləndirilməsi sisteminin tətbiqi və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
Təlim ehtiyaclarının müəyyən edilməsi, illik təlim planlarının hazırlanması və icrasının təmin edilməsi.
Vəzifələrin dərəcələndirilməsi üçün müvafiq metodların tətbiqi və qiymətləndirmə prosesinin təşkili.
Effektiv mükafatlandırma və motivasiya sistemlərinin qurulması və tətbiq olunması;
Kadr kargüzarlığının əmək qanunvericiliyinə uyğun təşkili və idarə olunması (əməkhaqqı və məzuniyyət hesablamaları daxil olmaqla);
İR proseslərinin avtomatlaşdırılması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi;
Rəhbərliyə aylıq, rüblük və illik hesabatların hazırlanaraq təqdim olunması.
Namizədə bağlı tələblər:
Ali təhsil
Yaş: 30-45
Müvafiq vəzifədə azı 2 il iş təcrübəsi
Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə güclü biliklər
Azərbaycan və Rus dillərində səlis danışıq, İngilis dili biliyi üstünlükdür
1C və ya digər MS proqramlarında işləmək bacarığı
MS Excel (pivot table, formullar və s.) bilikləri
Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyətlilik
Ünsiyyət qurma və yüksək təqdimat bacarığı olmalıdır
Məxfilik prinsiplərinə riayət etmə
Əlavə qeydlər:
İş qrafiki: 5 günlük iş həftəsi (Şənbə və Bazar günləri istirahət günləridir)
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq
CV-lərinizi göstərilən elektron poçt ünvanına "İnsan Resursları üzrə menecer" başlığı ilə göndərə bilərsiniz.
Qeyd: Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.
Necə Müraciət Etmək Olar
Collezione Italia
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14900
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer