İnsan Resursları üzrə Menecer
Tam Ştat
Orta Səviyyə
1.200 AZN-dən
Yerləşdirilib 27 mart 2026
Son Tarix: 25 aprel 2026
Təsvir
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Nərimanov prospekti
İş qrafiki: 6 günlük iş rejimi
Əmək haqqı 1200 AZN (Namizədin bilik və bacarığına əsasən dəyişə bilər)
Vəzifə öhdəlikləri:
Şirkətin İnsan Resursları (İR) strategiyasının hazırlanması və strateji məqsədlərə uyğun idarə edilməsi;
İR üzrə siyasət, prosedur və standartların hazırlanması, onların icrasına nəzarət;
İşçi qüvvəsinin planlaşdırılması və səmərəli idarə olunması;
İR sisteminin inkişafına nəzarət, potensial risklərin müəyyən olunması və aradan qaldırılması;
İş analizlərinin təşkili və həyata keçirilməsi;
Vəzifələr üzrə kateqoriyaların və səriştə tələblərinin müəyyənləşdirilməsi;
İşçi tələbatının müəyyənləşdirilməsi, düzgün namizədlərin seçilməsi və işə qəbul prosesinin idarə olunması;
Oriyentasiya planının hazırlanması, yeni işçilərin adaptasiyası və sınaq müddətində müşahidəsi;
Şirkət səviyyəsində təlim ehtiyaclarının analizini həyata keçirmək, inkişaf planlarını hazırlamaq və icrasını təmin etmək;
Performansın qiymətləndirilməsi sisteminin tətbiqi və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
Təlim ehtiyaclarının müəyyən edilməsi, illik təlim planlarının hazırlanması və icrasının təmin edilməsi.
Vəzifələrin dərəcələndirilməsi üçün müvafiq metodların tətbiqi və qiymətləndirmə prosesinin təşkili.
Effektiv mükafatlandırma və motivasiya sistemlərinin qurulması və tətbiq olunması.
Kadr kargüzarlığının əmək qanunvericiliyinə uyğun təşkili və idarə olunması (əməkhaqqı və məzuniyyət hesablamaları daxil olmaqla).
İR proseslərinin avtomatlaşdırılması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi.
Rəhbərliyə aylıq, rüblük və illik hesabatların hazırlanaraq təqdim olunması.
Tələblər
Ali təhsil
Müvafiq vəzifədə azı 3-5 il iş təcrübəsi
Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə güclü biliklər
Azərbaycan və Rus dillərində səlis danışıq, İngilis dili biliyi üstünlükdür
1C və ya digər MS proqramlarında işləmək bacarığı
MS Excel (pivot table, formullar və s.) bilikləri
Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyətlilik
Ünsiyyət qurma və yüksək təqdimat bacarığı olmalıdır
Uyğun Namizədlər öz cvlərini “HR Menecer” başlığı ilə göstərilən elektron poçt ünvanına göndərsin. Əlavə sual yaranarsa 050-257-80-36 nömrəsi ilə əlaqə saxlanılsın.
Necə Müraciət Etmək Olar
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12007
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə