Ana Səhifə
Vakansiyalar

İnsan resursları üzrə kiçik mütəxəssis

İnsan resursları üzrə kiçik mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 19 iyun 2026

Təsvir

  • Ali təhsil;

  • İR əməliyyatları sahəsi üzrə 1 il iş təcrübəsi;

  • Əmək Qanunvericiliyi üzrə nəzəri biliklər (işə qəbul və xitam, iş vaxtının tənzimlənməsi, ezamiyyə, məzuniyyət);

  • Müvafiq e-platformalarında əməliyyatların aparılması bacarığı;

  • MS Office proqramlarından istifadə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Müqavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin hazırlanması, emal edilməsi və arxivləşdirilməsi;

  • İR ilə bağlı məlumatların elektron hökumət portalına və müvafiq proqram təminatına daxil edilməsi;

  • İstifadə olunmuş saatlıq icazələrin matrisasının hazırlanması;

  • Yeni işçilərin qeydiyyat prosesinin icra edilməsi (İmtiyaz və təminatların verilməsi üçün müraciətin olunması, şirkətin daxili qaydaları ilə bağlı təlimatların verilməsi, onboardinglərin aparılması);

  • İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, sistemdə və dövlət portalında müvafiq qeydlərin aparılması);

  • Digər strukturlardan və əmək müfəttişliyindəndən daxil olan İR-ı ilə bağlı sorğularının cavablandırılması;

  • Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və qeydiyyatının aparılması;

  • Hesabatların rəhbərliyə təqdim olunması;

  • Rəhbərliyin verdiyi digər işlərin yerinə yetirilməsi;

  • Əməkdaşlar arasında baş vermiş konfliktlərin vəzifə səlahiyyətləri çərçivəsində həll edilməsi;

  • Məzuniyyət qrafiklərinin hazırlanması və icrasına nəzarət;

  • Müvafiq proqram teminatinda əmək haqqıların, son haqq hesabların , məzuniyyət haqlarının hesablanması və ödənişə göndərilməsi;

  • Ştat cədvəli və struktur dəyişiklikləri ilə bağlı sənədləşmənin aparılmasının təmin edilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);

  • İş saatları: 09:00-18:00;

  • İş yeri: Babək pr.

  • Karyera inkişafı imkanları və mehriban kollektiv.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan resursları üzrə kiçik mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri

və ya https://careers.ram.az/?vacancy=2410&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.​​​​​​​

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16992

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya