İnsan Resursları Sənədləşmə və Əməliyyatlar üzrə qrup rəhbəri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 22 mart 2026
Son Tarix: 18 aprel 2026
Təsvir
İnsan resursları əməliyyatları komandasına rəhbərlik etmək, iş bölgüsünü aparmaq və gündəlik fəaliyyətə nəzarət etmək;
İşə qəbul, işdən azad olunma və struktur dəyişiklikləri üzrə İR əməliyyatlarının qanunvericiliyə uyğun icrasını təmin etmək;
Tələb olunan kağız və elektron formatlı şəxsi qovluqların və qeydlərin düzgün və vaxtında yaradılmasını təmin etmək;
İntizam tənbehi üzrə sənədləşmənin düzgün aparılmasına nəzarət etmək və hüquqi risklərin minimuma endirilməsini təmin etmək;
İşçilərin əmək məzuniyyətlərinin planlaşdırılmasını həyata keçirmək, qrafiklərin hazırlanmasına, istifadəsinə və balansına nəzarət etmək, müvafiq sənədləşmənin düzgün aparılmasını təmin etmək;
İşçilərin sosial məzuniyyətlərinin qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməsini təmin etmək;
Əmək haqqı və digər ödənişlər üzrə məlumatların dəqiqliyini təmin etmək;
Aylıq, rüblük və illik hesabatları hazırlamaq və onları daxili (Mühasibatlıq) və xarici qurumlara (DSMF, Statistika, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və s.) təqdim etmək;
Xasiyyətnamə, arayış və digər rəsmi HR sənədlərini hazırlamaq və təqdim etmək;
İR əməliyyatlarında avtomatlaşdırma və optimallaşdırma imkanlarını müəyyən etmək və tətbiq etmək.
Tələblər
Ali təhsil;
İnsan Resursları Əməliyyatları üzrə min 5 il iş təcrübəsi;
Minimum 1 il rəhbər və ya komanda idarəetmə təcrübəsi;
Daxili və xarici tərəfdaşlarla iş təcrübəsi;
Əmək Qanunvericiliyi biliyi;
Səlis Azərbaycan dili, İngilis dili biliyi arzu olunandır;
Microsoft Excel proqram təminatını yaxşı səviyyədə istifadə etmək bacarığı;
Detallara diqqət, məsuliyyətlilik və nəticə yönümlülük;
Güclü people management və komanda idarəetmə bacarıqları;
Güclü riyazi və analitik düşünmə qabiliyyəti.
ERP sistemləri ilə işləmə və ya onların tətbiqində iştirak təcrübəsi arzuolunandır;
Sistem quruculuğu və proseslərin optimallaşdırılması sahəsində arzuolunandır.
Biz nə təklif edirik:
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
İş yeri: Bayıl (servis xidməti mövcuddur);
Həyat yığım sığortası;
Könüllü tibbi sığorta;
Uşaqlara məktəb endirimləri;
Push 30 proqramından 75% endirim ilə yararlanmaq imkanı;
Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Necə Müraciət Etmək Olar
Landau Education Group
Education
2018-ci ildə təsis edilmiş LANDAU Education Group baş ofisi Bakı şəhərində yerləşən, təhsil sahəsində fəaliyyət göstərən aparıcı holdinq şirkətidir. Qrup akademik mükəmməlliyə və şagirdlərin hərtərəfli inkişafına sadiq qalaraq, gələcəyin liderlərinin yetişdirilməsinə yönəlmiş müasir və keyfiyyətli təhsil yanaşmaları tətbiq edir. LANDAU Education Group müxtəlif təhsil müəssisələrindən ibarət geniş portfeli idarə edir. Bu portfelə LANDAU School, Landau PreSchool, Zafar Liseyi, Barama Uşaq Bağçası, Leznik & Co., LION Olimpiada Mərkəzi, 9–11 Hazırlıq Məktəbi və SABAH Məktəbi daxildir. Qrupun bütün təhsil qurumları yüksək nəticələrə və davamlı inkişafa fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11704
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200