İnsan Resursları Meneceri – Yalama Aqropark MMC (1 illik müqavilə/Müvəqqəti əvəzetmə)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 yanvar 2026
Son Tarix: 20 yanvar 2026
Təsvir
Ümumi biznes məqsədlərinə uyğun olaraq İnsan Resursları təşəbbüslərinin, siyasət və prosedurlarının hazırlanması və icrasında İnsan resursları üzrə Baş direktora dəstək göstərmək;
İnsan Resursları əməliyyatlarına nəzarət etmək və müvafiq əmək qanunvericiliyinə, normativ-hüquqi aktlara və daxili siyasətlərə uyğunluğu təmin etmək;
İşçilərin tam məşğulluq dövrünü — işə qəbul, adaptasiya, fəaliyyətin idarə edilməsi, işçi münasibətləri və işdən ayrılma proseslərini idarə etmək;
İnsan Resursları proseslərinin, sistemlərinin və məlumatlarının dəqiqliyini və effektivliyini təmin etmək məqsədilə mütəmadi auditlər aparmaq;
İşçilərin cəlb olunmasını və məmnunluğunu artırmaqla müsbət iş mühiti formalaşdırmaq;
İşçilərin müraciət və münaqişələrini vaxtında və ədalətli şəkildə həll etmək;
Əsas fəaliyyət göstəricilərini izləmək üçün İnsan Resursları hesabatları və analitik təhlillər hazırlamaq;
Əmək qanunvericiliyindəki yenilikləri və İnsan Resursları üzrə qabaqcıl təcrübələri izləmək, uyğunluğu təmin etmək və potensial risklərin azaldılması üçün tədbirlər görmək;
Rəhbərlik tərəfindən tapşırılan əlavə vəzifə və layihələri icra etmək, müvafiq şöbələrlə koordinasiyanı təmin etmək;
Bütün əməkdaşlar üçün təhlükəsiz və sağlam iş mühiti yaratmaq məqsədilə əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit qaydalarına ciddi riayət etmək;
Komandanın fəaliyyətinin idarə edilməsi prosesinə nəzarət etmək, məqsəd və hədəflərin müəyyənləşdirilməsini və fəaliyyətin qiymətləndirilməsini təşkil etmək.
Tələblər
İnsan Resursları, Psixologiya, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsinə malik olmaq;
Müvafiq sahə üzrə 5–6 il iş təcrübəsinə sahib olmaq;
Azərbaycan dilində yaxşı yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmaq, ingilis və rus dili biliyi üstünlükdür;
Microsoft Office proqramlarında sərbəst işləmək, İnsan Resursları İnformasiya Sistemləri, 1C və SAP proqramları ilə işləmə təcrübəsinə üstünlük verilməsi;
İnsan Resursları təcrübələri, prinsipləri və əmək qanunvericiliyi üzrə güclü biliklərə sahib olmaq;
Yüksək səviyyədə ünsiyyət və işgüzar münasibətlər qurmaq bacarığına malik olmaq;
Güclü problem həll etmə və qərarvermə bacarıqlarına sahib olmaq;
Komanda üzvləri ilə effektiv ünsiyyət və əməkdaşlıq etmək, şöbə və ya bölmə hədəflərinə nail olmaq üçün idarəetmə bacarıqları nümayiş etdirmək.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Yalama Agropark LLC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4877
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə