Ana Səhifə
Vakansiyalar

İnsan Resursları Biznes Tərəfdaşlıq şöbəsinin rəhbəri

İnsan Resursları Biznes Tərəfdaşlıq şöbəsinin rəhbəri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 13 fevral 2026

Son Tarix: 13 mart 2026

Təsvir

“PAŞA Sığorta” ASCnamizədləri İnsan Resursları Biznes Tərəfdaşlıq (HR BP) şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Biz ölkəmizin sığorta sektorunda ilk Insurtech təməlini qoyaraq rəqəmsal transformasiyaya start veririk. Bu yolda məqsədimiz gələcəyin sığortasını yenidən dizayn etmək, innovasiyanı və etibarı birləşdirərək sektorda yeni bir səhifə açmaqdır.

Əgər sən də bu transformasiyanın bir parçası olmaq, insan resursları strategiyasını biznes hədəfləri ilə uzlaşdırmaq və gələcəyi bizimlə birlikdə qurmaq istəyirsənsə, İnsan Resursları Biznes Tərəfdaşlıq şöbəsinin rəhbəri rolunda səni komandamızda görməkdən məmnun olarıq.

Bu rolda sən şirkətin Biznes Strategiyası ilə İnsan Resursları strategiyasına uyğunlaşdırılmasına və İnsan resursları biznes tərəfdaşlıq komandasının strateji tərəfdaş kimi idarəolunmasına rəhbərlik edəcəksən. Vəzifə şirkətin rəqəmsal transformasiya yolunda uğurla irəliləməsinə və insan kapitalının effektiv idarə olunmasına əhəmiyyətli töhfə vermək imkanı təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Strateji transformasiya, təşkilati mədəniyyət və dəyişiklik təşəbbüslərində İnsan Resursları tərəfdaşlıq rolunu icra etmək.

  • İnsan Resursları Biznes Tərəfdaşlıq komandasının fəaliyyətini təşkil etmək, prioritetləri müəyyən etmək, nəticələrə nəzarət etmək və funksiyanın şirkət daxilində vahid və sistemli yanaşma ilə həyata keçirilməsini təmin etmək.

  • Qısa və uzunmüddətli işçi qüvvəsi planlaması prosesinin davamlı təkmilləşdirilməsinə və icrasına nəzarət etmək.

  • Performans idarəetmə sisteminin effektiv tətbiqinə rəhbərlik etmək, keyfiyyətli performans rəy və qiymətləndirmə proseslərinin həyata keçirilməsini təmin etmək.

  • Biznes vahidləri ilə sıx əməkdaşlıq edərək performans və nəticəyönümlü mədəniyyətin formalaşdırılmasına töhfə vermək.

  • İşçi münasibətlərində balanslı, ədalətli və etik yanaşmanı təmin etmək və intizam məsələlərinin tənzimlənməsi üzrə prosesə rəhbərlik etmək.

  • Müxtəliflik, bərabərlik və inklüzivlik təşəbbüslərinin hazırlanmasına və tətbiqinə rəhbərlik etmək.

  • Şirkət mədəniyyətinin inkişafı və dəyişikliklərin idarə olunması təşəbbüslərində aktiv rol almaq.

  • İşçi bağlılığı və məmnunluğu üzrə nəticələri analiz edərək təkmilləşdirici tədbirlər təklif etmək.

  • Sınaq müddəti qiymətləndirilməsi və çıxış müsahibələri proseslərinə metodoloji nəzarət etmək.

  • İşçilərin başlanğıcdan sonadək (end-to-end) təcrübə yolunun (employee journey) xəritəsinin hazırlanması.

  • İşçi bağlılığı, Saxlanması, Performans əlaqəsinin sistemli şəkildə idarə olunması.

  • Liderlik DNT-sinin şirkət daxilində bütün əməkdaşlara aşılanmasına dəstək göstərmək.

Tələblər

  • Ali təhsil (Bakalavr): Biznesin idarəedilməsi, Satış, İqtisadiyyat, Menecment və ya oxşar sahələr

  • Beynəlxalq sertifikatların olması arzuolunandır (PHRi, SHRM, CIPD)

  • MS Excel, MS Outlook, MS PowerPoint üzrə biliklərin olması, Power BI bilikləri isə üstünlük hesab olunur.

  • Dil bilikləri: Azərbaycan və İngilis dillərində əla (şifahi və yazılı), Rus dili biliyi arzuolunandır.

  • Beynəlxalq HRM sistemləri və praktikaları üzrə biliklər

İş təcrübəsi:

  • İnsan Resursları və ya əlaqəli sahədə minimum 7 il iş təcrübəsi

Bacarıqlar və səriştələr:

  • Liderlik və komandanın koordinasiyası

  • Effektiv təqdimat və ünsiyyət bacarıqları

  • Problem həll etmə və analitik düşünmə

  • Yüksək məsuliyyət və detallara diqqət

  • Kritik düşünmə və qərarvermə bacarığı

Bizim Təklifimiz:

  • İnnovativ və dinamik şirkətdə liderlik rolu;

  • Şirkətin brend və kommunikasiya strategiyasını formalaşdırmaq imkanı;

  • Komanda işi və əməkdaşlığa əsaslanan mühit;

  • Tibbi sığorta (əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;

  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;

  • Davamlı peşəkar inkişaf imkanları;

  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları.

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Head of HR Business Partnering Division

PASHA Insuranceinvites candidates to apply for the position of**Head of HR Business Partnering division (HR BP)**and become a part of a professional and dynamic team.

We are laying the foundation of the first Insurtech initiative in Azerbaijan’s insurance sector and embarking on a journey of digital transformation. Our goal is to redesign the future of insurance by combining innovation and trust, opening a new chapter in the industry.

If you want to be part of this transformation, align HR strategy with business objectives, and build the future together with us, we would be delighted to see you join our team as the Head of HR Business Partnering.

In this role, you will lead the alignment of the company’s HR strategy with business strategy and manage the HR Business Partnering team as a strategic partner. The position offers a unique opportunity to contribute significantly to the company’s success in digital transformation and effective human capital management.

Key Responsibilities

  • Act as a strategic HR partner in transformation, organizational culture, and change initiatives.

  • Organize and lead the HR Business Partnering team, set priorities, monitor results, and ensure the function operates in a unified and systematic manner across the organization.

  • Oversee and continuously improve short- and long-term workforce planning processes.

  • Lead the effective implementation of the performance management system and ensure high-quality performance reviews and evaluation processes.

  • Collaborate closely with business units to foster a performance- and results-oriented culture.

  • Ensure fair, balanced, and ethical employee relations and lead processes related to disciplinary matters.

  • Lead initiatives for diversity, equity, and inclusion within the organization.

  • Actively contribute to initiatives for developing company culture and managing organizational change.

  • Analyze employee engagement and satisfaction results and recommend improvements.

  • Oversee processes for probation evaluations and exit interviews.

  • Design the end-to-end employee journey across the organization.

  • Systematically manage the relationship between employee engagement, retention, and performance.

  • Support the embedding of Leadership DNA across all employees in the organization.

Candidate Requirements

  • Education: Bachelor’s degree in Business Administration, Sales, Economics, Management, or related fields.

  • Certifications: International certifications (PHRi, SHRM, CIPD) are desirable.

  • Technical skills: Proficiency in MS Excel, MS Outlook, MS PowerPoint; Power BI knowledge is a plus.

  • Languages: Excellent command of Azerbaijani and English (spoken and written); Russian language skills are desirable.

  • Knowledge: Familiarity with international HRM systems and best practices.

Work Experience

  • Minimum 7 years of experience in Human Resources or a related field.

Skills and Competencies

  • Leadership and team coordination

  • Strong presentation and communication skills

  • Problem-solving and analytical thinking

  • High responsibility and attention to detail

  • Critical thinking and decision-making skills

What We Offer

  • Leadership role in an innovative and dynamic company.

  • Opportunity to shape the company’s brand and communication strategy.

  • Collaborative and team-oriented work environment.

  • Comprehensive medical insurance for employees and their family members.

  • Corporate Life Insurance covering critical illnesses.

  • Continuous professional development opportunities.

  • Discounts and benefits through the “Dəyərlisən” platform.

Interested candidates can apply by clicking the link provided in the "Apply" button.

Only candidates meeting the initial selection criteria will be contacted.

Necə Müraciət Etmək Olar

PASHA Insurance

PASHA Insurance

Finance

PASHA Insurance Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-həyat sığorta şirkətlərindən biridir və PASHA Holding tərkibinə daxildir. Şirkət 2006-cı ildə təsis olunub və fəaliyyətini Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziya əsasında həyata keçirir. PASHA Insurance fərdi və korporativ müştərilər üçün geniş spektrli sığorta xidmətləri təqdim edərək bazarda etibarlı və stabil sığortaçı kimi tanınır. Şirkətin məhsul portfelinə avtonəqliyyat sığortası (KASKO və icbari), əmlak sığortası, səyahət sığortası, yük və məsuliyyət sığortası, eləcə də müxtəlif korporativ sığorta həlləri daxildir. PASHA Insurance rəqəmsal xidmətlərin inkişafına, müştəri təcrübəsinin yaxşılaşdırılmasına və beynəlxalq sığorta standartlarının tətbiqinə xüsusi önəm verir və qeyri-həyat sığortası bazarında lider mövqelərdən birini qoruyur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8719

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

İnformasiya sistemləri üzrə kiçik administrator

Tam Ştat

“PAŞA Sığorta” ASC namizədləri İnformasiya sistemləri üzrə kiçik administrator vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Əsas Vəzifələr: Vəzifə öhdəlikləri Server və şəbəkə infrastrukturunun fasiləsiz və stabil işləməsinin təmin edilməsi; Windows və Linux serverlərin quraşdırılması, konfiqurasiyası və administrasiyası; Active Directory mühitinin idarə edilməsi (user, group, policy və s.); Virtual maşınların yaradılması, resursların optimallaşdırılması və monitorinqi; Backup və bərpa prosedurlarının icrası və mütəmadi test edilməsi; Təhlükəsizlik siyasətlərinin tətbiqi və patch management prosesinin icrası; Şəbəkə və firewall qaydalarının idarə olunması; Sistem problemlərinin analiz edilməsi və operativ aradan qaldırılması; Sistem performansının monitorinqi və optimallaşdırılması; Yeni sistemlərin qurulması və mövcud sistemlərin təkmilləşdirilməsi layihələrində iştirak; Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması; İT aktivlərinin inventarizasiyası və sənədləşməsinin aparılması; DR (Disaster Recovery) və Business Continuity planlarının icrasında iştirak. Bilik və bacarıqlar: Windows Server (2016/2019/2022) və Linux (Ubuntu, CentOS, Rocky və s.) əməliyyat sistemləri üzrə inzibatçılıq səviyyəsində nəzəri və praktiki biliklər; Active Directory (AD DS) – User/Group management, GPO, OU strukturu, DNS, DHCP üzrə təcrübə; File Server, Print Server və Share permission modelləri üzrə praktiki biliklər; Virtualizasiya texnologiyaları – vmWare (ESXi, vCenter), VM provisioning və resurs idarəetməsi; Backup həlləri ilə iş təcrübəsi – Veeam və ya oxşar sistemlər (backup policy, restore, DR ssenariləri); Şəbəkə əsasları – TCP/IP, VLAN, Subnetting, NAT, Firewall əsasları; Firewall və təhlükəsizlik sistemləri – Fortigate, Sophos, Palo Alto və ya oxşar həllərlə iş təcrübəsi; Antivirus və Endpoint Security sistemləri ilə iş təcrübəsi; Mail sistemləri – Microsoft Exchange (on-prem və ya Online) üzrə biliklər; Monitoring alətləri – Zabbix, PRTG, Nagios və ya oxşar sistemlərlə iş təcrübəsi; Loglama və audit mexanizmləri üzrə anlayış; PowerShell və ya Bash scripting üzrə əsas biliklər; Storage sistemləri (SAN/NAS) üzrə bilik və LUN idarəetməsi təcrübəsi; İT təhlükəsizlik prinsipləri – access control, patch management, vulnerability management anlayışı; ITIL əsasları – Incident, Problem, Change management prosesləri üzrə anlayış; Microsoft 365 (Teams, SharePoint, OneDrive) inzibatçılığı üzrə təcrübə; Server, Storage və Şəbəkə avadanlıqları ilə iş təcrübəsi UNIX/LINUX və Windows əməliyyat sistemlərinin (server) inzibatçılığı təcrübəsi E-Mail sistemlərinin (MS Exchange və s.) qurulması və sazlanması üzrə təcrübə Virtuallaşdırma (Vmware Vsphere, MS Hyper-v) texnologiyası sahəsində təcrübə Dayanaqlı klasterin qurulması və tətbiqi  üzrə təcrübə (Vmware Vsphere, MS Hyper-v) Bulud texnologiyaları üzrə (MS Azure, Amazon WS, Google Cloud və MS Office 365) biliklər və iş təcrübəsi Şəbəkə texnologiyalarının prinsiplərini bilmək və şəbəkə avadanlıqlarının sazlanması üzrə təcrübə Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq bacarığı Məlumatların ehtiyata alınması və bərpası işləri üzrə təcrübə Distributed File System (DFS) üzrə bacarıqlar Windows Deployment Services (WDS) üzrə bacarıqlar Windows Server Update Services (WSUS) üzrə bacarıqlar Scripting üzrə bacarıqlar Təhsil və ixtisas: Orta, Ali - texniki Sertifikatlar: Microsoft, Linux arzuolunandır Dil bilikləri Azərbaycan, ingilis və rus dilləri. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Data Texnologiyaları Şöbəsinin rəhbəri

Tam Ştat

“PAŞA Sığorta” ASC namizədləri Data Texnologiyaları Şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Əsas Vəzifələr Strateji Liderlik Platformaların idarə olunması üzrə baxış, strategiya və yol xəritəsini təşkilatın məqsədləri ilə uzlaşdırmaq. Yeni texnologiyaları (cloud-native data platformaları, orkestrasiya, MLOps, real-time data streaming) qiymətləndirib tətbiq imkanlarını araşdırmaq. RDBMS, DataOps və MLOps funksiyaları üzrə standartlaşdırmanı, ən yaxşı təcrübələri və idarəetməni təmin etmək. Komanda və İnsanların İdarə Edilməsi DBA-lar, DataOps mühəndisləri, platforma mühəndisləri və MLOps mütəxəssislərindən ibarət multidissiplinar komandanı idarə etmək və inkişaf etdirmək. Çarpaz funksional maraqlı tərəflərlə (Data Science, Analitika, İnformasiya Təhlükəsizliyi, Biznes vahidləri) əməkdaşlığı gücləndirmək. Komanda üzvlərinin karyera inkişafı üçün imkanlar yaratmaq və davamlı bacarıq artırmağı təmin etmək. Platforma və İnfrastrukturun İdarə Olunması Ənənəvi verilənlər bazalarının (MS SQL, PostgreSQL) performans, dayanıqlılıq, bərpa və uyğunluğunu təmin etmək. Müasir data ekosistemi komponentlərinin (MinIO, Trino, Iceberg, Spark, Airflow, Kafka, Dataiku) idarə olunmasını, optimizasiyasını və səmərəliliyini təmin etmək. Platformaların miqyaslana bilməsi, monitorinq, avtomatlaşdırma və xərclərin idarə olunması üzrə çərçivələr qurmaq. Platformaları müəssisənin digər sistemləri və təhlükəsizlik çərçivələri ilə inteqrasiya etmək. Əməliyyatların Təkmilləşdirilməsi Platforma etibarlılığı və məlumatların əlçatanlığı üzrə SLA, SLO və KPI-ları müəyyənləşdirmək və icrasını təmin etmək. Proaktiv monitorinq, xəbərdarlıq və hadisələrə cavab proseslərini tətbiq etmək. Tutum planlaması, performans tənzimlənməsi və xərc idarəetməsini həyata keçirmək. Təchizat, yerləşdirmə və texniki xidmət proseslərində avtomatlaşdırmanı artırmaq. MLOps və DataOps-un Tətbiqi Data Science və IT komandalarının əməkdaşlığını gücləndirərək, ML modellərinin istehsal mühitinə keçirilməsini təmin etmək. Model versiyalaşdırma, CI/CD boru xətləri, reproducibility və monitorinq proseslərini qurmaq. DataOps yanaşmalarını tətbiq edərək data axınlarını sürətləndirmək və analitik dəyərin yaranma müddətini azaltmaq. İdarəetmə, Təhlükəsizlik və Uyğunluq Məlumat təhlükəsizliyi, məxfilik və normativ tələblərə uyğunluğu təmin etmək. İnformasiya Təhlükəsizliyi ilə birlikdə girişə nəzarət, şifrələmə və audit çərçivələrini tətbiq etmək. Data keyfiyyətini, mənşəyini və həyat dövrünü izləmək üçün idarəetmə prosesləri qurmaq. Təhsil və ixtisas Kompüter elmləri, informasiya sistemləri və ya əlaqədar sahələr üzrə bakalavr və ya magistr dərəcəsi. Sertifikatlar - Arzuolunandır Bilik və bacarıqlar Verilənlər bazası inzibatçılığı (MS SQL, PostgreSQL) və müasir böyük data ekosistemləri üzrə dərin bilik. Orkestrasiya (Airflow), paylanmış sistemlər (Spark, Kafka) və data saxlanması (Iceberg, MinIO) sahəsində təcrübə. MLOps alətləri ilə (Dataiku, MLflow, Kubeflow və ya bənzərləri) iş təcrübəsi. Texniki komandaların qurulması və miqyaslandırılması üzrə uğurlu təcrübə. Güclü liderlik, kommunikasiya və maraqlı tərəfdaşların idarə olunması bacarıqları. Dil bilikləri  - Azərbaycan, ingilis və rus dilləri. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Sistem administratoru

Tam Ştat

“PAŞA Sığorta” ASC namizədləri  Sistem administratoru vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə öhdəlikləri Server və şəbəkə infrastrukturunun fasiləsiz və stabil işləməsinin təmin edilməsi; Windows və Linux serverlərin quraşdırılması, konfiqurasiyası və administrasiyası; Active Directory mühitinin idarə edilməsi (user, group, policy və s.); Virtual maşınların yaradılması, resursların optimallaşdırılması və monitorinqi; Backup və bərpa prosedurlarının icrası və mütəmadi test edilməsi; Təhlükəsizlik siyasətlərinin tətbiqi və patch management prosesinin icrası; Şəbəkə və firewall qaydalarının idarə olunması; Sistem problemlərinin analiz edilməsi və operativ aradan qaldırılması; Sistem performansının monitorinqi və optimallaşdırılması; Yeni sistemlərin qurulması və mövcud sistemlərin təkmilləşdirilməsi layihələrində iştirak; Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması; İT aktivlərinin inventarizasiyası və sənədləşməsinin aparılması; DR (Disaster Recovery) və Business Continuity planlarının icrasında iştirak. Bacarıqlar / Biliklər Windows Server (2016/2019/2022) və Linux (Ubuntu, CentOS, Rocky və s.) əməliyyat sistemləri üzrə inzibatçılıq səviyyəsində nəzəri və praktiki biliklər; Active Directory (AD DS) – User/Group management, GPO, OU strukturu, DNS, DHCP üzrə təcrübə; File Server, Print Server və Share permission modelləri üzrə praktiki biliklər; Virtualizasiya texnologiyaları – vmWare (ESXi, vCenter), VM provisioning və resurs idarəetməsi; Backup həlləri ilə iş təcrübəsi – Veeam və ya oxşar sistemlər (backup policy, restore, DR ssenariləri); Şəbəkə əsasları – TCP/IP, VLAN, Subnetting, NAT, Firewall əsasları; Firewall və təhlükəsizlik sistemləri – Fortigate, Sophos, Palo Alto və ya oxşar həllərlə iş təcrübəsi; Antivirus və Endpoint Security sistemləri ilə iş təcrübəsi; Mail sistemləri – Microsoft Exchange (on-prem və ya Online) üzrə biliklər; Monitoring alətləri – Zabbix, PRTG, Nagios və ya oxşar sistemlərlə iş təcrübəsi; Loglama və audit mexanizmləri üzrə anlayış; PowerShell və ya Bash scripting üzrə əsas biliklər; Storage sistemləri (SAN/NAS) üzrə bilik və LUN idarəetməsi təcrübəsi; İT təhlükəsizlik prinsipləri – access control, patch management, vulnerability management anlayışı; ITIL əsasları – Incident, Problem, Change management prosesləri üzrə anlayış; Microsoft 365 (Teams, SharePoint, OneDrive) inzibatçılığı üzrə təcrübə; Təhsil və ixtisas - Ali, kompüter elmləri Sertifikatlar - Sertifikatlar arzuolunandır (MCSA, MCSE, VCP və s.). Bilik və bacarıqlar Scripting üzrə bacarıqlar Şəbəkə texnologiyalarının prinsiplərini bilmək Distributed File System (DFS) üzrə bacarıqlar Şəbəkə avadanlıqlarının sazlanması üzrə təcrübə Vmware Vsphere, MS Hyper-v) texnologiyaları Windows Server və Linux mühitlərinin qurulması, konfiqurasiyası və idarə olunması Yüksək əlçatanlıq (HA) və failover mexanizmlərinin tətbiqi Backup və restore strategiyalarının qurulması və test edilməsi Active Directory, Group Policy, DNS, DHCP və fayl serverlərinin administrasiyası Dil bilikləri - Azərbaycan, İngilis və Rus dilləri. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.