İnsan Resursları Biznes Tərəfdaşı
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 15 aprel 2026
Təsvir
PAŞA Property Management “İnsan Resursları Biznes Tərəfdaşı” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
İşə götürmə kampaniyalarına kömək və inkişaf etdirilməsi;
İş müraciəti edənlərə vəzifə tapşırıqları, öhdəliklər, imtiyazlar, iş qrafikləri, iş şəraiti, yüksəlmə imkanları və sair məlumatların verilməsi;
Şirkətin əmək haqqı strukturuna uyğun olaraq iş təkliflərinin hazırlanması;
İnsan resursları siyasətlərini, prosedurlarını, qanunlarını və standartlarını yeni və mövcud işçilərə izah edilməsi;
İş yerində təlim proqramlarının idarə edilməsi, daxili təlim sessiyalarının keçirilməsi, təlim proqramlarının səmərəliliyinin qiymətləndirilməsi;
Bütün insan idarəetmə prosesləri və sistemlərində menecerlərə məsləhət və yardımçı olunması;
Kadr dəyişikliyi və işdə saxlanma dərəcələri kimi işəgötürmə göstəricilərinin monitorinqi;
İR siyasətlərinin monitorinqi, nəzərdən keçirilməsi, yenilənməsi və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi;
İşçilərin rəylərini toplamaq və inkişaf sahələrini müəyyənləşdirmək üçün daxili sorğuların aparılması;
İşçilərin illik, aylıq və digər mükafatlarının hazırlanması və idarə edilməsi;
İşçilərin şikayət proseslərinə yardımçı olunması və məşğulluq proqramlarına və digər işçilərlə münasibətlərə nəzarətin edilməsi
İntizam məsələlərinin şirkətin siyasətinə və əmək məcəlləsinə uyğun olaraq aparılması;
Təyin olunmuş iş bölgüsü və ya funksiyası daxilində bütün işçilər üçün əlaqədar şəxs kimi fəaliyyət göstərilməsi;
Təyin olunmuş iş bölməsindən və ya funksiyasından gələn bütün işçilərin sorğularına vaxtında və peşəkar dəstəyin göstərilməsi;
Bütün işçilərin fəaliyyət formalarının işlənilməsi və müvafiq təsdiqlərin təmin edilməsi.
Tələblər
İnsan Resursları və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
Ən azı 2 il insan resursları sahəsində təcrübə (daşınmaz əmlak sahəsində arzuolunandır);
Əmək qanunvericiliyi haqqında biliklər;
Əla ünsiyyət, strateji düşüncə və problem həll etmə bacarıqları;
MS Office və İnsan Resursları proqram təminatında sərbəst işləmək bacarığı;
İngilis və ya rus dillərini bilmək üstünlükdür.
Necə Müraciət Etmək Olar
PASHA Property Management
Other
PAŞA Property Management (PAŞA Property Management) Azərbaycanda premium daşınmaz əmlakın idarəedilməsi sahəsində aparıcı şirkətdir. O, yaşayış binaları, villalar, biznes mərkəzləri və sərgi sahələri kimi yüksək səviyyəli obyektlərin idarə olunmasını həyata keçirir və müasir texnologiyalarla komfort, təhlükəsizlik və keyfiyyət standartlarını təmin edir. Məqsədi müştərilərə şəxsiləşdirilmiş və yüksək komfortlu xidmətlər göstərərək daşınmaz əmlakın dəyərini artırmaqdır. Şirkət müxtəlif prestijli layihələrin — “Port Baku Residence”, “Knightsbridge Residence”, “Baku Palace”, “Parkview Apartments” və “Baku City Villas” kimi Bakının nüfuzlu yaşayış və kommersiya əmlaklarının idarə edilməsində iştirak edir. PAŞA Property Management həm yerli, həm də beynəlxalq müştərilərə uyğun həllər təklif edir və daşınmaz əmlak sahəsində etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11371
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
501-1000