Inşaat mühəndisi ( Cənub zonası)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 5 may 2026

Son Tarix: 29 may 2026

Təsvir

  • Təchizatçılar və anbar tərəfindən təqdim olunan materialların smetaya uyğunluğunu yoxlamaq və qəbul prosesini həyata keçirmək

  • Tikinti və təmir işlərinin layihə sənədlərinə, texniki norma və qaydalara uyğun icrasına nəzarət etmək

  • Təmir-tikinti smetalarının hazırlanmasında iştirak etmək və xərclərin optimallaşdırılmasını təmin etmək

  • Layihələr üzrə iş qrafiklərinin hazırlanması və icrasına nəzarət etmək

  • Podratçıların gördüyü işlərin keyfiyyətinə və müqavilə şərtlərinə uyğunluğuna nəzarət etmək

  • Mağazalara baxış keçirmək, ölçü götürmək və eskizlərin hazırlanmasını təmin etmək

  • Layihə komandası ilə sıx əməkdaşlıq etmək və mütəmadi hesabatlar təqdim etmək

  • Texniki sənədlərin, aktların və icra sənədlərinin hazırlanmasını təmin etmək

  • Tikinti sahəsində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək

  • Material ehtiyaclarının planlaşdırılmasında və təchizat prosesində iştirak etmək

  • Aşkar edilən texniki uyğunsuzluqların aradan qaldırılması üçün operativ tədbirlər görmək

Tələblər

  • İnşaat mühəndisliyi üzrə ali təhsil

  • Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi

  • Tikinti norma və qaydaları üzrə biliklər

  • AutoCAD və digər layihələndirmə proqramlarında işləmə bacarığı

  • Avtomobilin olması mütləqdi

Necə Müraciət Etmək Olar

OBA Market MMC

OBA Market MMC

Retail

OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15883

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Video nəzarət üzrə mütəxəssis

Tam Ştat

Daxil olan müraciətlər əsasında aşkar edilmiş video görüntüləri daxili reyestrə əlavə edərək vahid məlumat bazasının yaradılması və təkmilləşdirilməsini təmin etmək; Mağazalardakı təhlükəsizlik kameralarına mütəmadi nəzarət etmək, işçilər tərəfindən mümkün mənimsəmə halları üzrə araşdırmalar aparmaq; Aşkar edilmiş mənimsəmə və itkilər üzrə video görüntülərə əsaslanaraq dəqiq məbləği hesablamaq və müvafiq hesabatlar hazırlamaq; Şübhəli hesab olunan əməkdaşlarla görüntülər əsasında ilkin izahat xarakterli görüşlər keçirmək, sübutlar əsasında vəziyyəti aydınlaşdırmaq və izahatlar almaq; Video materiallar əsasında cəmiyyətə dəymiş maddi zərərlərin səbəblərini təhlil etmək və gələcəkdə bu cür halların qarşısının alınması üçün riskləri müəyyənləşdirmək; Araşdırma zamanı aşkar olunan mühüm video görüntüləri seçərək arxiv məqsədilə ayrıca daşıyıcılarda saxlanmasını və arxivləşdirilməsini təmin etmək; Zəruri hallarda video materialları rəhbərliyə, aidiyyəti şöbələrə və hüquq-mühafizə orqanlarına təqdim etmək üçün müvafiq daşıyıcılara köçürərək hazır vəziyyətə gətirmək; Ehtiyac yarandıqda hadisə yerinə ezam olunaraq operativ araşdırma aparmaq, görüntüləri yerində təhlil etmək və ilkin qiymətləndirmə həyata keçirmək; İş qrafiki: 5 günlük 09:00-18:00