Ana Səhifə
Vakansiyalar

İnşaat mühəndisi

İnşaat mühəndisi

Bakı,, BADAMDAR, ŞOSESİ, 18,, QURD, QAPISI

Müqavilə

Orta Səviyyə

1.000 - 1.200 AZN

Yerləşdirilib 10 fevral 2026

Son Tarix: 21 mart 2026

Təsvir

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi

  • Əmək haqqı: 1000–1200 AZN + Bonus

  • İş yeri: Bakı və/və ya layihə sahələri (layihədən asılı olaraq ezamiyyət mümkündür)

Vəzifənin məqsədi:

Layihələrin sahədə icrasını texniki sənədlərə uyğun təşkil etmək, sifarişçi ilə operativ koordinasiya aparmaq, sahə komandasını idarə etmək, texniki ofisə düzgün və vaxtında məlumat/sənədləşmə təqdim etməklə layihənin vaxt və material planına uyğun irəliləməsini təmin etmək.

Əsas vəzifə öhdəlikləri:

  • Sahədə Sifarişçi/Nəzarətçi ilə gündəlik koordinasiya, iclaslarda iştirak, razılaşdırılmış qərarların icrasına nəzarət

  • Şirkətin sahə işçiləri/briqadaların işinin təşkili, tapşırıqların bölgüsü və icraya nəzarət

  • Layihə sənədləri və çertyojlara əsasən işlərin icrasının yoxlanması; ölçülərin götürülməsi və görülmüş iş həcmlərinin təsdiqi

  • Layihənin vaxt qrafikinə uyğun icrasına nəzarət; gecikmə risklərini müəyyən edib tədbir planı hazırlamaq və rəhbərliyə təqdim etmək

  • Material planı və sərfiyyatı: material ehtiyacının planlanması üçün texniki ofisə məlumat ötürmək, sahədə materialların qəbul/yoxlanması, sərfiyyatın izlənməsi

  • Texniki ofisə operativ məlumat axını: gündəlik/həftəlik progress məlumatı, foto-hesabatlar, ölçü cədvəlləri və icra qeydləri

  • Sənədləşdirmə: iş jurnalları, icra aktları, yoxlama sənədləri, təhvil və “as-built” məlumatlarının toplanması və sistemləşdirilməsi

  • Keyfiyyət və təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət (daxili prosedurlar/HSE ilə koordinasiya)

Namizədə tələblər (mütləq):

  • Ali təhsil: İnşaat mühəndisliyi (və ya uyğun sahə)

  • Dil bilikləri: İngilis dili və rus dili yaxşı səviyyədə olması arzu olunandır.

  • Minimum 3–4 il sahə təcrübəsi (tikinti icrası və komanda koordinasiyası)

  • AutoCAD bilikləri (mütləq)

  • Tikinti norma və standartları, iş ardıcıllığı və texnoloji proseslər üzrə güclü biliklər

  • Layihə sənədlərinin və texniki rəsmlərin dəqiq oxunması və düzgün şərh olunması bacarığı

  • Effektiv komanda idarəetməsi, yüksək məsuliyyət hissi və operativ qərarvermə bacarığı

  • Sifarişçi ilə yazılı/şifahi kommunikasiya və sahədə problem həll etmə bacarığı

Üstünlükdür:

  • Revit / Civil 3D / Microsoft Project bilikləri

  • Texniki ofis-sahə koordinasiyası, planlama və hesabatlılıqda sistemli yanaşma

Biz nə təklif edirik:

  • Layihə əsaslı və ya illik performans bonusları (min 1 maaş və üzəri).

  • Yerli və beynəlxalq layihələrdə təcrübə və inkişaf etmə fürsəti

  • Yuxarı səviyyə rəhbərliklə sıx əməkdaşlıq

  • Rəqabətli əmək haqqı və nəticəyə əsaslanan inkişaf imkanları

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#7963

İş Növü

Müqavilə

Təcrübə Səviyyəsi

Orta Səviyyə