İnformasiya Təhlükəsizliyi üzrə Təcrübəçi
Təcrübə
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 1 aprel 2026
Son Tarix: 10 may 2026
Təsvir
Təhlükəsizlik insidentlərinin izlənməsinə, aşkarlanmasına və təhlilinə dəstək vermək;
Zəifliklərin skanlanması proseslərinə qatılmaq və hesabatların hazırlanmasında komandaya yardım etmək;
Təhlükəsizlik insidentlərinin sənədləşdirilməsində və səbəb analizində iştirak etmək;
İnsidentlərə cavab vermə üzrə playbook və prosedurların hazırlanmasına töhfə vermək;
Şirkətin təhlükəsizlik səviyyəsinin artırılması üçün İT komandası ilə birgə çalışmaq;
Təhlükəsizlik maarifləndirmə və təlim fəaliyyətlərində iştirak etmək.
Staj ərzində nə öyrənəcəksiniz?
EDR və XDR platformaları ilə real mühitdə işləmə;
Vulnerability Management alətlərindən praktiki istifadə;
SIEM sistemləri vasitəsilə log analizi və insidentlərin izlənməsi;
MITRE ATT&CK, NIST çərçivələri əsasında təhlükə modelləşdirməsi;
Peşəkar komanda mühitində real layihələrdə iştirak.
Tələblər
İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə tələbə və ya məzun olmaq;
TCP/IP, DNS, HTTP/S, OSI modeli kimi şəbəkə protokolları üzrə əsas bilik;
Təhlükəsizlik anlayışları (hücum vektorları, zəifliklər, müdafiə üsulları) barədə nəzəri anlayış;
Linux və Windows mühitlərindən istifadə bacarığı;
Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
Yaxşı ünsiyyət və sənədləşdirmə bacarıqları;
Kibertəhlükəsizlik sahəsinə həvəs və öyrənmək istəyi.
Necə Müraciət Etmək Olar
Avromed Company MMC
Manufacturing
Avromed Company MMC Azərbaycanda fəaliyyət göstərən aparıcı əczaçılıq (farmasevtika) şirkətlərindən biridir. Şirkət əsasən dərman vasitələrinin, tibbi məhsulların və səhiyyə təyinatlı malların idxalı və distribüsiyası ilə məşğuldur. Avromed beynəlxalq farmasevtik istehsalçılarla əməkdaşlıq edərək məhsullarını ölkə üzrə apteklərə, tibb müəssisələrinə və səhiyyə sektorunun digər iştirakçılarına çatdırır. Avromed Company MMC fəaliyyətində keyfiyyət, etibarlılıq və etik biznes prinsiplərini əsas tutur. Şirkət dərman bazarında davamlılığı təmin etmək, müasir logistika və anbarlama sistemləri ilə məhsulların təhlükəsiz dövriyyəsini həyata keçirmək və əhalinin keyfiyyətli tibbi məhsullara çıxışını artırmaq məqsədi daşıyır. Avromed eyni zamanda səhiyyə sektorunda peşəkar kadrların inkişafına və uzunmüddətli tərəfdaşlıqlara önəm verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12363
İş Növü
Təcrübə
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+