İnformasiya Təhlükəsizliyi üzrə kiçik mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 dekabr 2025
Son Tarix: 19 yanvar 2026
Təsvir
İş təsviri:
İnformasiya Təhlükəsizliyi üzrə kiçik mütəxəssis kimi bu rolda siz İnformasiya Təhlükəsizliyi ilə bağlı prosesləri və riskləri idarə etmək, təcrübələri təşkilat daxilində paylaşmaq, məlumatlılığı artırmaq və kritik olan məlumatları qorumaq üçün İnformasiya Təhlükəsizliyi komandasının üzvü olacaqsınız.
Vəzifə öhdəlikləri:
İnformasiya Təhlükəsizliyi təlimlərinin kontentinin hazırlanması, təlim prosesinin təşkil olunması və prosesin idarə edilməsi (manual və avtomatlaşdırılmış şəkildə)
Spesifik vəzifə/sahəyə görə təlimlərin kontentinin hazırlanması
Yeni təlimlər üçün ideya verilməsi, material və sual hazırlanması
Ehtiyac olduqda onlayn və fiziki təlimlərin keçirilməsi
Fişinq simulyasiyası üçün ssenari, hesabat və təqdimatların hazırlanması
Fişinq simulyasiyasının təşkil olunması və prosesin idarə edilməsi (manual və avtomatlaşdırılmış şəkildə)
Təlimlərin və fişinq simulyasiyalarının nəticələrinin izlənilməsi, statistikaların analiz edilməsi və hesabat hazırlanması
Maarifləndirmə portalının idarə olunması, yaranan problemlərin aradan qaldırılması, işçilərə portalla bağlı yaranan problemlərdə dəstək göstərilməsi
Ən son təhlükəsizlik trendlərini, xəbərləri izləmək, bunlarla bağlı təlim kontenti və poster hazırlanması
Həftəlik əsasda İnformasiya Təhlükəsizliyi jurnalının hazırlanması və kommunikasiya olunması
Maarifləndirmə proqramının beynəlxalq standartlara uyğunluğunu təmin etmək
Maarifləndirmə proqramının illik və rüblük strategiyasını hazırlamaq
HR, Komplayens, İT, PR və digər komandalarla birlikdə əməkdaşlıq
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
Təhlükəsizlik prinsiplərini, yarana biləcək təhlükələri, riskləri və ən yaxşı təcrübələri anlamaq
Sosial mühəndislik metodları, virus və növləri, ransomware və digər hücum növləri ilə yaxından tanış olmaq
Hər-hansı maarifləndirmə portalı ilə iş təcrübəsi (Üstünlükdür)
İSO 27001, NİST və ya digər beynəlxalq standartlar barədə məlumatlı olmaq (Üstünlükdür)
Təhlükəsizlik avadanlıqları barədə məlumatlı olmaq – SİEM, EDR, XDR, Firewall və s. (Üstünlükdür)
Yaxşı kommunikasiya, səlis nitq və təqdim etmə bacarıqları
Detallara diqqətli olmaq, statistikaya əsaslanan analiz etmə bacarıqları
Kreativ düşüncə tərzi
Microsoft Office, Sharepoint, Canva, Adobe Creative Suite kimi alətlərlə iş təcrübəsi
Biz nə təklif edirik:
Nahar xərcinin qarşılanması
İllik performans və layihə bonusları
Korporativ sağlamlıq proqramı: VIP könüllü sığorta
“Learning Hub” təlim platformalarından istifadə imkanı
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Caspian Innovation Center
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3242
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə