İnformasiya təhlükəsizliyi üzrə baş mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 fevral 2026
Son Tarix: 6 mart 2026
Təsvir
Vəzifə funksiyaları
Şəbəkə və sistemlər üzrə informasiya təhlükəsizliyinə nəzarətin təmin edilməsi;
Təhlükəsizlik hadisələrinin (Security Incident) aşkarlanması, analizi və operativ cavab tədbirlərinin görülməsi;
Firewall, IDS/IPS, VPN və digər təhlükəsizlik həllərinin idarə edilməsi və monitorinqi;
Təhlükəsizlik siyasətləri, prosedurları və standartlarının hazırlanması, tətbiqi və icrasına nəzarət;
Risklərin qiymətləndirilməsi, zəifliklərin (vulnerability) aşkarlanması və aradan qaldırılması üzrə tədbirlərin görülməsi;
Daxili şəbəkə və sistem infrastrukturunun təhlükəsizliyinin təmin olunması;
Təhlükəsizlik auditlərində iştirak və uyğunluq (compliance) tələblərinin icrasına dəstək;
Təhlükəsizlik üzrə hesabatların, texniki sənədlərin və insident qeydlərinin hazırlanması.
Digər şərtlər
Ali təhsil (İT sahəsində üstünlükdür);
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
İnformasiya təhlükəsizliyi sahəsində möhkəm nəzəri və praktiki biliklər;
Şəbəkə texnologiyaları üzrə fundamental biliklər;
(TCP/IP, Routing, Switching, VLAN, NAT, Firewall, VPN və s.)
Firewall və təhlükəsizlik avadanlıqları ilə iş təcrübəsi (FortiGate, Palo Alto, Cisco ASA/Firepower və ya oxşar);
Linux və Windows əsaslı sistemlər üzrə praktiki iş təcrübəsi;
Log analizi, monitoring və SIEM sistemləri barədə anlayışın olması üstünlükdür;
Təhlükəsizlik sertifikatlarının olması üstünlükdür (CEH, CompTIA Security+, CISSP, CISA, Fortinet NSE, Palo Alto PCNSE və ya analoji);
Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarığı;
Komanda ilə effektiv işləmək, məsuliyyətli və nəticəyönümlü yanaşma;
Məxfi məlumatlarla işləmək bacarığı.
Maraqlanan namizədlər göstərilən link üzərindən müraciətlərini göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Baku Electronics
Vakansiya Təfərrüatları
Vakansiya ID
#7596
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə