İnformasiya sistemlərinin mühafizəsi Şöbəsinin mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 31 may 2026
Təsvir
Bankın informasiya sistemlərinin texniki təhlükəsizliyini təmin etmək — IDS/IPS, antivirus, şifrələmə alətlərinin quraşdırılması, sazlanması və fasiləsiz istismarı;
İnformasiya təhlükəsizliyi üzrə texniki nəzarət mexanizmlərinin effektivliyini qiymətləndirmək və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
Təhlükəsizlik sistemlərindən daxil olan hadisə, xəbərdarlıq və anomaliyaları təhlil etmək, insidentlərə cavab tədbirlərinin görülməsini təmin etmək;
Baş vermiş təhlükəsizlik insidentləri üzrə araşdırmalar aparmaq, nəticələrini sənədləşdirmək və aradan qaldırılması üçün aidiyyəti bölmələrlə koordinasiyalı işləmək;
İnformasiya sistemlərinin təhlükəsizliyinin qanuni tələblərə və Bankın daxili standartlarına uyğunluğunun təmin edilməsində iştirak etmək.
Tələblər
Ali təhsil (İnformasiya texnologiyaları və ya Kompüter elmləri üzrə);
Sahə üzrə ən azı 1 il iş təcrübəsi;
EDR, XDR, SIEM kimi təhlükəsizlik sistemlərinin idarə edilməsi üzrə biliklər;
Anomaliya monitorinqi, insidentləri cavablandırma təcrübəsi, analitik düşüncə;
Orta səviyyədə ingilis və ya rus dili biliyi.
Necə Müraciət Etmək Olar
Unibank Kommersiya Bankı
Finance
Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17380
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+