İbtidai sinif köməkçi müəllim(rus bölməsi)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 1 may 2026
Son Tarix: 30 may 2026
Təsvir
İbtidai sinif müəllimlərinə şagirdlərin yaş səviyyəsini və öyrənmə vəziyyətini nəzərə almaqla, dərsin məzmununu və öyrətmə yollarının planlaşdırılmasında və dərsin tədris edilməsində köməklik göstərməli;
Şagirdlərin hərtərəfli inkişafına töhfə verilməsində köməklik göstərməli;
Təhsil və təlim çərçivəsində planlaşdırılan digər işlərdə köməklik göstərməli;
Məktəbin ümumi prinsipləri və qaydaları çərçivəsində valideynlərlə münasibətlər saxlamaqda köməklik göstərməli;
Şagirdlərin yemək, dərnək fəaliyyətləri kimi sinifdənkənar lazım olan yerlərdə olduqları zaman onlara nəzarət etməli;
Şagirdlərin özünəqulluq fəaliyyətlərinin öyrədilməsində iştirak etməli;
Özünəqulluq ehtiyacları ilə bağlı zəruri köməklik (paltarların dəyişdirilməsi, tualetə aparılması və s.) göstərməli;
Şagirdlərin valideynlərdən təhvil alınması və təhvil verilməsinə köməklik etmək.
İş qrafiki: 08:30-17:30
İş təcrübəsi: İş təcrübəsi tələb edilmir.
Tələblər
Tələb olunan təhsil səviyyəsi:
İbtidai sinif müəllimliyi ixtisası üzrə bakalavr dərəcəsi;
Magistratura dərəcəsi üstünlük hesab edilir.
Tələb olunan biliklər:
Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları (kurikulumları) üzrə bilməli;
Şagird mərkəzli müasir pedaqoji yanaşmalar haqqında bilməli;
İKT, MS Office və müasir təlim texnologiyaları bilməli;
Təhsil sahəsində cari qlobal çağırış və təşəbbüslər haqqında bilməli;
Yüksək səviyyədə Azərbaycan dili (C1) və Rus dili (C1) yazılı və şifahi dil bilikləri.
Tələb olunan səriştəliklər:
Özünü motivə etmə və öyrənmə;
Əməkdaşlıq;
Ədalətlilik və məsuliyyətlilik;
Məntiqi təffəkkür;
Yaradıcılıq;
Səbirlilik.
Tələb olunan bacarıqlar:
Uşaqlarla səmərəli ünsiyyət qurmalı, işləməli və oynamalı;
Müxtəlif öyrətmə strategiyalarından və yeni texnoloji alət və vasitələrdən səmərəli istifadə etməlidir.
Necə Müraciət Etmək Olar
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15646
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə