Hüquqşünas
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 fevral 2026
Son Tarix: 4 mart 2026
Təsvir
-Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak edilməsi;
-Qüvvədə olan mülki, əmək, vergi, inzibati qanunvericilik və qanunvericiliyin digər sahələri üzrə hüquqi məsləhətlərin verilməsi;
-Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə təmsil edilməsi, həmçinin, məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
-Daxili korporativ aktların, əmr, təlimat, prosedur-qaydaların, əsasnamələrin hazırlanmasında iştirak edilməsi və onların hüquqi ekspertizası;
-Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərin müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablandırılması;
-Müəssisənin adından bağlanılan bütün əqdlərin hüquqi ekspertizadan keçirilməsi, qanuna, müəssisənin mənafelərinə uyğun оlаn əqdlərin (müqаvilələrin) imza ilə təsdiqi və yа onlara dair yаzılı rəyin vеrilməsi, həmçinin, qаnunа, habelə müəssisənin mənafelərinə zidd əqdlərin tətbiqinin qarşısının alınması barədə rəhbərliyə səbəbi açıqlanmaqla yаzılı rəyin vеrilməsi;
-Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi;
-Müəssisənin fəaliyyəti üzrə müvafiq qanunvericiliyin, ona edilən əlavə və dəyişikliklər, onların ləğv olunması baxımından öyrənilməsi, onların müəssisənin maraqları baxımından təhlil edilməsi;
-Müəssisənin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində iştirak və s.
Tələblər
-Hüquq üzrə ali təhsil (magistr dərəcəsinin olması üstünlükdür);
-Korporativ hüquq sahəsində 3 il iş təcrübəsi;
-Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
-Analitik düşünmə və problemləri həll etmə bacarığı;
-Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
-Dil bilikləri: Azərbaycan, rus dili və ingilis dili-arzuolunandır;
-E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı;
-Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
-Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.
İş şəraiti:
-Azərbaycan Respublikası Əmək məcəlləsinə əsasən sənədləşmə;
-5 günlük iş qrafiki(09:00-18:00);
- Nahar və korporativ nömrə ilə təmin edilmə;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
-İş yeri: Bakı şəhəri,10-cu Köndələn küçəsi,2074-2077-ci məhəllə;
-Əmək haqqı: müsahibə əsasında təyin olunur.
Necə Müraciət Etmək Olar
INCI QROUP of COUMPANYS
Manufacturing
İNCI Group (İnci Group of Companies) Azərbaycanda fəaliyyət göstərən satış və distribütor şirkətlər qrupudur. Şirkət rəsmi məlumatlara görə 1995-ci ildə satış şirkəti kimi fəaliyyətə başlayıb və hazırda müxtəlif ölkələrdəki tərəfdaşlarla əməkdaşlıq edərək geniş məhsul və xidmət istiqamətlərində bazara çıxış təmin edir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi görür və fəaliyyət fəlsəfəsini istifadəçini anlamaq, üstün xidmət göstərmək, yenilik etmək və faydalı olmaq prinsipləri üzərində qurur. Missiyası isə əlaqədə olduğu bütün insanlara doğru, düzgün və faydalı xidmət göstərmək kimi təqdim olunur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7437
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000