Bakı

Tam Ştat

Orta Səviyyə

500 AZN-dən

Yerləşdirilib 28 dekabr 2025

Son Tarix: 3 fevral 2026

Təsvir

Şirkətimizə Baş hüquqşünasın rəhbərliyi altında fəaliyyət göstərəcək, məhkəmə işlərinin hazırlıq və sənədləşmə mərhələsini idarə edəcək komanda üzvü axtarılır. Vəzifə öhdəliklərinə iddia ərizələrinin, vəsatətlərin və digər hüquqi sənədlərin layihələrinin hazırlanması, habelə məhkəmə işləri üzrə sübutlar bazasının toplanılması və sistemləşdirilməsi daxildir. İşin əsas fokusu məhkəmə təmsilçiliyindən ziyadə, işlərin hüquqi tərəfdən mükəmməl şəkildə hazırlanması, dərin hüquqi araşdırmaların aparılması və sənəd dövriyyəsinin təşkilidir.

Tələblər

Təhsil : Ali
İş təcrübəsi : 1 ildən aşağı
Yaş : 20 - 35
Cins : Kişi
Təhsil: Ali hüquqi təhsil (bakalavr dərəcəsi mütləqdir);

Təcrübə: Məhkəmə sənədlərinin hazırlanması sahəsində təcrübənin olması üstünlükdür;

Hüquqi biliklər: Mülki-prosessual qanunvericilik üzrə fundamental biliklər;

Şəxsi keyfiyyətlər: Öyrənməyə və özünü inkişaf etdirməyə yüksək həvəs, detallara qarşı diqqətlilik;

Yazı bacarığı: Azərbaycan dilində hüquqi terminologiyadan düzgün istifadə etməklə səlis yazı qabiliyyəti;

Texniki bacarıqlar: MS Office (xüsusilə Word) proqramlarından sərbəst istifadə.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

"Prestij Hüquq Mərkəzi" MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3787

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə