Hüquqşünas

Bakı

Tam Ştat

Orta Səviyyə

1.000 AZN-dən

Yerləşdirilib 19 may 2026

Son Tarix: 25 iyun 2026

Təsvir

  • Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak edilməsi;

  • Qüvvədə olan mülki, əmək, vergi, inzibati qanunvericilik və qanunvericiliyin digər sahələri üzrə hüquqi məsləhətlərin verilməsi;

  • Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə təmsil edilməsi, həmçinin, məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması;

  • Daxili korporativ aktların, əmr, təlimat, prosedur-qaydaların, əsasnamələrin hazırlanmasında iştirak edilməsi və onların hüquqi ekspertizası;

  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərin müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablandırılması;

  • Müqavilə, qərar, sərəncam, nizamnamə və digər hüquqi sənədlərin hazırlanması, yoxlanılması və rəsmiləşdirilməsi;

  • Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi;

  • Müəssisənin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində iştirak.

  • Qanunvericilikdə olan dəyişiklikləri izləmək və rəhbərliyi vaxtında məlumatlandırmaq;

  • İş saatları: 09:00 – 18:00;

  • Nahar fasiləsi: 13:00-14:00

  • İstirahət günü: Şənbə-bazar

  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə

  • Ofis ünvanı: Nizami rayonu, Qara Qarayev, 87 (Lotos ticarət mərkəzinin arxası)

  • Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini PDF formatında elektron poçtuna mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə və ya Whatsup nömrəsinə göndərmələri xahiş olunur

Tələblər

Təhsil : Ali
İş təcrübəsi : 5 ildən artıq
Yaş : 30 - 40
Cins : Kişi
Namizədə dair tələblər

  • Təhsil : Ali

  • İş təcrübəsi : 5 ildən yuxarı

  • Yaş : 30 – 40

  • Cins : Xanım, kişi

  • -Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;

  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;

  • Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;

  • Dil bilikləri: Azərbaycan, rus dili –yüksək səviyyədə, ingilis dili-arzuolunandır;

  • E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı;

  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;

  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.

Necə Müraciət Etmək Olar

Gidromaşservis QSC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16949

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya