Hüquqşünas

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 18 iyun 2026

Təsvir

  • Komplayens risklərinin müəyyən edilməsi və ölçülməsi ilə bağlı Bankın daxili qaydalarına uyğun olaraq Bankın müxtəlif sahələrdəki fəaliyyətinin yoxlanması;

  • Qanunvericilikdəki yenilikləri daim nəzarətdə saxlamaq və yeniliklərlə bağlı daxili elanların hazırlanması;

  • Komplayens riskləri ilə əlaqədar Bank daxili kommunikasiyanın aparılması;

  • Komplayens funksiyası tərəfindən həyata keçirilmiş yoxlamalarla və qanunvericilikdəki yeniliklərlə bağlı hesabatların hazırlanması;

  • Komplayenslə əlaqədar dövlət orqanlarından daxil olan sənədlərin koordinasiyası, icrasına nəzarət edilməsi və hesabatlılığının təmin edilməsi;

  • Komplayens riskləri ilə bağlı təlimlərdə təlimçi qismində çıxış etmək;

  • Qanunvericilikdəki dəyişikliklər və komplayens riskləri ilə bağlı Bankın digər struktur bölmələrindən daxil olan sorğuların araşdırılması və cavablandırılması;

  • Bankın daxili normativ sənədlərinə dair hüquqi rəylərin verilməsi, Şöbənin daxili normativ sənədlərinin layihələrinin hazırlanması;

  • İcraatında olan işləri tam nəzəratdə saxlamaq, işlərə dair nəticənin əldə olunması istiqamətində gecikmələrə yol verməmək, icraatında olan işlərdən tam məlumatlı olmaq;

  • Rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər

  • Ali Hüquq təhsili;

  • Müvafiq sahədə ən azı 1 illik iş təcrubəsi;

  • Mülki, bank və əmək qanunvericiliyini bilmək;

  • Azərbaycan dilini mükəmməl, ingilis dili yüksək səviyyədə bilmək;3

  • Regionlara səfər etmək imkanına malik olmaq;

  • Microsoft və ofis proqramlarını mükəmməl bilmək;

  • Məlumatların təhlili və düzgün təqdim bacarıqlarına malik olmaq;

  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;

  • Komandada işləmək bacarığı və istəyi.

Necə Müraciət Etmək Olar

AccessBank

AccessBank

AccessBank Azərbaycanda fəaliyyət göstərən aparıcı mikromaliyyə və kommersiya banklarından biridir. Bank 2002-ci ildə Almaniya İnkişaf Bankı (KfW), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və digər beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə yaradılıb. AccessBank əsasən kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində ixtisaslaşıb və fərdi müştərilər üçün də geniş bank xidmətləri təqdim edir. Bank fəaliyyətində şəffaflıq, əlçatan maliyyə xidmətləri və sahibkarlığın dəstəklənməsi prinsiplərini əsas tutur. AccessBank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. Bank həmçinin innovativ yanaşmaları və müştəriyönümlü xidməti ilə Azərbaycanın bank sektorunda etibarlı maliyyə institutlarından biri kimi tanınır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16591

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya