Hüquqşünas
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 aprel 2026
Son Tarix: 16 may 2026
Təsvir
Nardaran İnvest MMC Hüquqşünas vakansiyasını elan edir
Vəzifə öhdəlikləri:
Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və icrasına nəzarət
Hüquqi rəylərin hazırlanması və rəhbərliyə təqdim edilməsi
İddia ərizələri, şikayətlər və digər hüquqi sənədlərin hazırlanması
Daxili prosedur və qaydaların hazırlanması, təkmilləşdirilməsi və hüquqi uyğunluğunun yoxlanılması
Hüquqi risklərin müəyyən edilməsi və onların minimallaşdırılması üzrə təkliflərin verilməsi
Şirkət əməkdaşlarına hüquqi məsələlər üzrə məsləhətlərin verilməsi
Korporativ sənədlərin hazırlanması və hüquqi baxımdan yoxlanılması
Tələblər
Hüquq üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür)
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
Azərbaycan Respublikasının qanunvericiliyini dərindən bilmək və praktik tətbiq bacarığı
Güclü analitik düşünmə, hüquqi təhlil və problem həll etmə bacarıqları
Məsuliyyətli, dəqiq və detallara diqqətli yanaşma
Komanda ilə işləmək bacarığı
MS Office proqramlarında (Word, Excel, Outlook) sərbəst işləmək bacarığı
Rus dili biliyi mütləqdir, ingilis dili biliyi üstünlükdür
Əlavə məlumat:
İş yeri: Sea Breeze Resort
İş qrafiki: 5 günlük iş həftəsi
Təminatlar: Nəqliyyat və qidalanma şirkət tərəfindən təmin olunur
Maraqlanan namizədlər CV-lərini “Hüquqşünas” başlığı ilə qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Sea Breeze Resort & Residences
Other
Sea Breeze Resort & Residences — Xəzər dənizi sahilində yerləşən, Bakı şəhər mərkəzindən təxminən 30 dəqiqəlik məsafədə olan müasir kurort və yaşayış kompleksidir. Layihə istirahət və yaşamı birləşdirən konsept üzərində qurulub və geniş qumlu çimərlik, hotellər və müxtəlif növ daşınmaz əmlak seçimləri ilə seçilir. Kompleks ərazisində restoranlar, SPA və fitnes mərkəzləri kimi istirahət xidmətləri də mövcuddur. Sea Breeze eyni zamanda Agalarov Development şirkətinin flaqman layihəsi kimi təqdim olunur və geniş ərazidə qurulan premium infrastrukturla həm sakinlərə, həm də ziyarətçilərə ilboyu rahatlıq təmin etməyi hədəfləyir. Burada 24/7 marketlər, tibb və Anti-Aging mərkəzi, məktəb və uşaq bağçası, delivery xidmətləri, eləcə də yaxta və qayıqlar üçün körpü kimi imkanlar mövcuddur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14267
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+