Hüquqşünas

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 13 aprel 2026

Təsvir

Hüquqi sənədləri hazırlayır və onların qanunvericiliyə uyğunluğunu yoxlayır, hüquqi məsləhətlər verir, müqavilələri təhlil edir, hüquqi riskləri qiymətləndirir və qarşısını almaq üçün tədbirlər təklif edir.

Vəzifə öhdəlikləri:

  • Müqavilələrin, ərizələrin, məktubların və digər bütün növ hüquqi ekspertiza tələb edən sənədlərin tərtib edilməsini və ya nəzərdən keçirilməsini təmin etmək və ya həmin işlərin icrasında  şöbə rəhbərinə  köməklik göstərmək;

  • Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;

  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmaların aparılması;

  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;

  • Təşkilatın korporativ hüquqi sənədlərinə dəyişikliklərin, həmçinin filial və nümayəndəliklərin qeydiyyatının təmin edilməsi üçün zəruri olan işlərin icra edilməsi;

  • Podraçılarla müqavilələrin razılaşdırılması;

  • Rəhbərlik  tərəfindən qoyulan digər  tapşırıqları tələb edilən qaydada icra etmək.

Tələblər

  • Ali təhsil (Hüquq sahəsində);

  • Azərbaycan dili zəruri, İngilis və ya Rus dili arzuolunandır;

  • Mülki, əmək, inzibati qanunvericiliyi sahəsində biliklər;

  • Müvafiq sahədə min 2 il təcrübə;

  • Analitik düşüncə və problem həll etmə bacarığı;

  • MS Office proqramlarını yaxşı bilmək.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti

  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)

  • İş vaxtı: 09:00-18:00

  • Könüllü tibbi sığorta

  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11071

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə