Hüquq Departamentində Təcrübəçi
Təcrübə
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 22 may 2026
Təsvir
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Hüquq Departamentində Təcrübəçi (Məhkəmə işləri üzrə) elan edir.
Bu proqram hüquq sahəsində biliklərini praktikada tətbiq etmək və real hüquqi işlərlə tanış olmaq istəyən namizədlər üçün nəzərdə tutulmuşdur.
Proqramın məqsədi təcrübəçilərin hüquq departamentinin gündəlik iş fəaliyyətinə dəstək göstərməsi və aşağıdakı işlərin operativ şəkildə icrasına töhfə verməsi gözlənilir:
Məhkəməyə verilmiş işlər üzrə sənədlərin hazırlanması (iddia ərizələri və s.)
Mövcud sənədlərin (məktublar, maliyyə arayışları, arxiv sənədləri) məhkəməyə göndərilməyə hazır vəziyyətə gətirilməsi (ardıcıllıq, folderləşmə və s.)
Sənədlərin skan olunaraq portala yüklənməsi üçün hazırlanması
Zərurət yarandıqda İcra işləri üzrə dəstək göstərilməsi
Tələblər
Namizədlər üçün tələblər:
Hüquq və ya oxşar ixtisaslar üzrə təhsil alan və ya yeni məzun olmuş (üstünlük verilir)
Yaxşı ünsiyyət bacarıqları, məsuliyyətli və öyrənməyə açıq olan
Microsoft Word proqramı istifadə bacarığı
Proqram iştirakçılarına təqdim olunur:
Hüquqşünaslar tərəfindən keçirilən təlimlər
Müvafiq sahə üzrə mentor dəstəyi
Təcrübə müddətinin sonunda rəsmi sertifikat
Real hüquqi sənədlərlə işləmək və praktik bilik əldə etmək imkanı
Əlavə məlumat:
İş yeri: Baş ofis (ofisdaxili)
Müddət: 2 ay
İş rejimi: Yarım gün (detallı qrafik fərdi razılaşma əsasında müəyyən olunacaq)
Ödəniş: Təcrübə proqramı ödənişsizdir
Necə Müraciət Etmək Olar
FINCA Azerbaijan
Finance
FINCA Azerbaijan Azərbaycanda fəaliyyət göstərən beynəlxalq mikromaliyyə təşkilatıdır və əsasən kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində xidmət göstərir. FINCA şəbəkəsi dünya üzrə bir çox ölkədə fəaliyyət göstərir və Azərbaycanda fərdi sahibkarlar, mikro bizneslər və regionlarda fəaliyyət göstərən müştərilər üçün kredit və maliyyə həlləri təqdim edir. Şirkət fəaliyyətində maliyyə əlçatanlığı, sosial məsuliyyət və müştəriyönümlü yanaşma prinsiplərini əsas tutur. FINCA Azerbaijan kredit məhsulları ilə yanaşı rəqəmsal maliyyə xidmətlərinin inkişafına da diqqət yetirir və sahibkarların bizneslərini inkişaf etdirmələrinə, iqtisadi aktivliyin və maliyyə inklüzivliyinin artırılmasına töhfə verməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16932
İş Növü
Təcrübə
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200