HSE Specialist
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 3 mart 2026
Son Tarix: 17 mart 2026
Təsvir
SƏTƏM üzrə mütəxəssis
Bölmə: SƏTƏM
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Ultranet Telco Services İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir.
Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.
SƏTƏM üzrə mütəxəssis olaraq Sizin vəzifə öhdəlikləriniz:
İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət edilməsi,
Sağlamlıq və təhlükəsizlik proseslərinin idarəedilməsi,
Şirkətin bütün işçi heyətini təhlükəsizlik qaydaları ilə tanış etmək və qanuna uyğun olaraq onlara riayət edilməsini təmin etmək,
İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi
Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı rəhbərinə hesabat vermək,
İşdə hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək,
Əməyin mühafizəsinin yerli əmək qanunvericiliyinin tələblərinə uyğun təşkili,
İş yerlərində təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi prosesinin idarə edilməsi, nəzarət tədbirlərinin görülməsi,
İşlə əlaqədar xəsarətlər, zədələnmə və xəstəliklər üzrə önləyici tədbirlərin görülməsi,
Bədbəxt hadisələrin, qəzaların araşdırılması və məruzə edilməsi,
Ətraf mühitin, tullantıların idarə edilməsi,
İş yerlərində gündəlik, həftəlik, aylıq, rüblük və illik (ümumi və detallı) yoxlamaların (inspeksiyaların) aparılması,
İşə qəbul olunanlarla giriş təlimatının aparılması, SƏTƏM üzrə dövrü təlimlərin keçirilməsi,
Radio giriş şəbəkə əməliyyatlarında təhlükəli işlərin yerinə yetirilməsinə nəzarət, təhlükəli əməliyyatlara (hündürlük, elektrik,) icazə sənədlərinin (work permit) olmasının yoxlanılması,
Radio baza stansiyalarını zəruri Təhlükəsizlik Nişanları ilə təmin etmək,
Radio baza stansiyalarının Yanğın söndürən balonlarla təmin edilməsinə nəzarət etmək,
6 Aydan bir Radio Şəbəkə əməliyyatlarında çalışan Azerconnect heyyətinin FMV-ni və Alətlərini yoxlamaq, həmçinin radio şəbəkə əməliyyatlarında çalışan podrat və sub-podratçılarin gördükləri işlərin təhlükəsizlik tələblərinə uyğun görmələrinə nəzarət və işçilərinin FMV-ni yoxlamaq,
Sahədə təhlükəli işlərin yerinə yetirilməsinə nəzarət,iş öncəsi təlimatların verilməsi,
Rəhbərliyi həftəlik əsas fəaliyyət hesabatları, təqdimat qeydləri və menecerin tələb etdiyi digər hesabatlarla təmin etmək,
İşlərin növləri üzrə təhlükələrin müəyyənləşdirilməsi və risklərin qiymətləndirilməsi,
Ekoloji aspektlərin ilkin və təkrar qiymətləndirilməsini aparmaq.
Vəzifənin tələbləri:
Ali təhsil (müvafiq sahə üzrə üstünlük təşkil edir),
SƏTƏM üzrə sertifikatlar,
Müvafiq sahədə 3 il iş təcrübəsi,
Azərbaycan dili (səlis), Rus və İngilis dillərini bilmək üstünlükdür,
MS office proqramlarında yüksək işləmə bacarığı,
İş öhdəliyindən dolayı 7/24 baş vermiş hadisələrə vaxtında yanaşma və operativ dəstək,
SƏTƏM üzrə təlimatların işlənib hazırlanması,
SƏTƏM üzrə beynəlxalq standartları və yerli qanunvericiliyin tələblərini bilmək.
Biz nə təklif edirik?
Ünsiyyət qurma qabiliyyəti,
Detallara diqqət yetirmə,
Komanda işi və əməkdaşlıq,
Müştəri yönümlü
Bütövlük
Nəticə yönümlü
Davamlı təkmilləşmə
Təşkilatçılıq qabiliyyəti
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Biz bərabərliyə hörmət edən, fərqlərə dəyər verən, inklüzivliyi qiymətləndirən və aidiyyatı dəyərləndirən iş yeri mədəniyyətini inkişaf etdirməyə sadiqik.
HSE Specialist
**Division:**HSE
Working schedule: 5 days a week, from 09:00 to 18:00.
Ultranet Telco Services is the first B2B (Business to Business) company in the field of Information and Communication Technologies, providing services and optimal solutions tailored to the needs of corporate clients.
By joining our team, you will have the opportunity to work with local and foreign professionals in a competitive, innovative and stimulating corporate environment, gain experience and expertise in the field of telecommunications, and advance and develop your career.
Your responsibilities as HSE Specialist:
Supervision of labor protection and technical safety in workplaces,
Health and safety process management,
Familiarize all employees of the company with safety rules and ensure their compliance in accordance with the law,
Assessing risks in work conditions and taking appropriate measures,
To record the conducted internal audits and to report to the supervisor about the revealed violations of rules,
Record events at work and present indicators to management,
Reporting of incidents and providing information,
Management of the process of identification of hazards and risk assessment in workplaces, implementation of control measures,
Taking preventive measures for work-related injuries, damage and illnesses,
Investigation and reporting of accidents and incidents,
Environmental, waste management,
Conducting daily, weekly, monthly, quarterly and annual (general and detailed) inspections (inspections) at workplaces,
Conducting induction training with employees, periodic training on HSE,
To supervise the performance of hazardous work in radio input network operations, check the availability of work permits for hazardous operations (altitude, electricity),
Investigation and reporting of accidents and incidents,
Environmental, waste management,
Conducting daily, weekly, monthly, quarterly and annual (general and detailed) inspections (inspections) at workplaces,
Conducting induction training with employees, periodic training on HSE,
To supervise the performance of hazardous work in radio input network operations, check the availability of work permits for hazardous operations (altitude, electricity),
To provide radio base stations with the necessary Security Signs,
To control the supply of radio base stations with fire extinguishers,
To check the Personal Protection Means and Tools of the Azerconnect staff working in Radio Network operations every 6 months, as well as to monitor the compliance of contractors and subcontractors working in radio network operations with the safety requirements and to check the PPE of their employees,
To control the implementation of hazardous work in the field, give pre-work instructions,
To provide management with weekly key performance reports, presentation notes, and other reports required by the supervisor,
Hazard identification and risk assessment by type of work,
To conduct initial and re-assessment of environmental aspects.
Position requirements:
To conduct initial and re-assessment of environmental aspects,
Higher education in relevant fields is an advantage,
HSE qualifications,
Minimum 3 years of experience in relevant field,
Knowledge of Azerbaijani (Fluent), Russian, and English is preferable,
Strong Working ability with MS Office programs,
Timely approach and operational support to events that occur 7/24 due to work obligation,
To be familiar with main principles of Labor Organization,
Preparing of HSE guidelines,
To be familiar with international standards and respective norms of local legislation.
What we offer?
Excellent communication
Detail oriented
Teamwork and collaboration
Customer oriented
Integrity
Result oriented
Continuous improvement
Excellent organizational skills
Interested candidates can apply by clicking the link provided in the "Apply" button
Applications will be reviewed against position requirements and only shortlisted candidates will be contacted.
We are committed to fostering a workplace culture that respects equality, values differences, treasures inclusivity and cherishes belonging.
Necə Müraciət Etmək Olar
Ultranet Telco Services
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10373
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer