HSE Mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 9 yanvar 2026
Son Tarix: 9 fevral 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Şirkətdə SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarının tətbiqini və icrasını təmin etmək;
Dəmiryolu nəqliyyatı sahəsində, qatarların təmiri və onlara texniki xidməti zamanı əmək mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
Alətlər və avadanlıqlar, iş yerləri və iş mühiti ilə əlaqəli təhlükəsizlik riskinin qiymətləndirilməsi, potensial və mövcud təhlükələrin qarşısının alınması üzrə işlərin aparılması, profilaktik tədbirlərin görülməsi;
İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi;
İşə qəbul olunan yeni işçilərə , o cümlədən mütəmadi olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının təkrar, plandan kənar və cari təlimatların keçirilməsi;
Təlimat jurnallarının tərtib edilməsi və imzalanmasına nəzarət edilməsi;
Təcili təxliyə və hazırlıq proseslərinin hazırlanması, şirkətin və əməkdaşların bu sahədə hazırlılığı;
Qəza və hadisələrin araşdırılmasında iştirak etmək, hesabatlar tərtib etmək və profilaktik tədbirləri həyata keçirmək;
Tələblər
Ali təhsil (texniki və ya Təhlükəsizlik Mühəndisliyi, Ətraf Mühit Mühəndisliyi və ya digər aidiyyatı texniki sahə üzrə)
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
Əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyətin idarəedilməsi sistemiləri sahəsində əsas tələb və prinsiplər (İSO 9001:2015 , İSO 45001-2018) üzrə biliklər
Dəmiryolu nəqliyyat vasitələri, onlara texniki xidmət, təmir işləri barədə ümumi bilik və iş təcrübəsi arzu ediləndir
Komputer bilikləri (Microsoft office)
Maraqlananlardan öz CV-lərini qeyd olunan elektron poçt unvanına göndərməklərini xahiş edirik.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
CCN Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4442
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə