HR menecer

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 24 dekabr 2025

Son Tarix: 22 yanvar 2026

Təsvir

“AZERA HOLDİNG” MMC tərkibindəki klinikada HR menecer vakansiyasını elan edir!

İş haqqında məlumat:

  • HR strategiyasının tibbi müəssisənin biznes planlarına uyğunlaşdırılması.

  • Daxili intizam qaydalarının, vəzifə təlimatlarının yazılması və yenilənməsi.

  • Tibbi heyətin (həkim, orta və kiçik tibbi heyət) əməyinin ödənilməsi və bonus sistemlərinin (məsələn: qəbul sayına və ya prosedurlara əsaslanan sistem) qurulması.

  • Spesifik sahə həkimlərinin (məsələn: radioloq, cərrah və s.) və dar ixtisaslı mütəxəssislərin tapılması üçün aktiv "headhunting" fəaliyyəti.

  • Yeni işə alınan tibbi heyətin klinikanın daxili prosedurlarına, sterilizasiya və xəstə məmnuniyyəti standartlarına uyğun adaptasiya proqramının icrası.

  • Azərbaycan Respublikası Əmək Məcəlləsi"Əmək və Məşğulluq" (EMAS) altsistemi ilə tam işləmək.

  • Tibb işçilərinin Sertifikasiya sənədlərinin, xarici diplomların nostrifikasiyasının və iş icazələrinin vaxtında yoxlanılması.

  • Məzuniyyət qrafiklərinin və növbəli iş cədvəllərinin (həkimlərin növbətçilik sistemi) idarə olunması.

  • Tibbi heyət üçün "Xəstə ilə ünsiyyət", "Stressin idarə olunması" və "Tibbi Etika" mövzularında daxili təlimlərin təşkili.

  • Həkimlərin illik təkmilləşdirmə kursları və elmi konfranslarda iştirakının baş həkimlə birlikdə planlaşdırılması.

Tələblər

  • Ali təhsil  (İqtisadiyyat, İdarəetmə və ya Psixologiya sahəsində ali təhsil (MBA və ya HR sertifikatları - SHRM, CIPD üstünlükdür).

  • Azərbaycan və rus dilləri yüksək səviyyə, ingilis dili arzu olunandır

  • HR sahəsində minimum 3-5 il, o cümlədən tibb və ya xidmət sektorunda minimum 2 il rəhbər təcrübəsi.

  • AR Əmək Məcəlləsini mükəmməl səviyyədə bilmək.

  • Səhiyyə qanunvericiliyi (icbari tibbi sığorta, xəstəxanadaxili qaydalar) haqqında məlumatlılıq.

  • Fonet və MS Office proqramlarından sərbəst işləmək bacarığı

  • Yüksək emosional intellekt, böhran anında qərar vermə, konfliktlərin neytrallaşdırılması.

İş şərtləri:

  • ƏM-nə uyğun rəsmiləşdirilmə

  • 6 günlük iş qrafiki

  • Əmək haqqı razılaşdırılma yolu ilə

Müraciət üçün: CV-nizi “HR menecer” mövzusu, şirkətin adı qeyd olunmaqla göstərilən elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur .

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3472

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya