Hovuz xidmətləri üzrə texnik
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 fevral 2026
Son Tarix: 15 mart 2026
Təsvir
PAŞA Property Management “Hovuz xidmətləri üzrə texnik” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
Gündəlik olaraq iş sahəsinin yoxlanılması və standartlara uyğun saxlanılması;
İş prosesində tələb olunan maddə və avadanlıqlardan düzgün istifadə;
Texniki avadanlıqlar (filtr, nasos, dozaj sistemi və s.) haqqında anlayış və sistemlərin texniki vəziyyətinə nəzarət etmək;
Keyfiyyətin və təhlükəsizliyin qorunması üçün müntəzəm monitorinq aparmaq;
Bütün nasazlıqlar və problemlər barədə rəhbərliyə məlumat vermək;
İşdə bütün təhlükəsizlik (SƏTƏM) normalarına riayət etmək;
Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək.
Tələblər
Orta ixtisas və ya ali təhsil (texniki sahə üstünlükdür);
Müvafiq sahədə minimum 1–2 il iş təcrübəsi;
Texniki biliklər və sahə üzrə anlayış;
Komandada işləmək bacarığı, məsuliyyətlilik və diqqətlilik;
Növbəli iş qrafikinə uyğunlaşmaq bacarığı;
Necə Müraciət Etmək Olar
PASHA Property Management
Other
PAŞA Property Management (PAŞA Property Management) Azərbaycanda premium daşınmaz əmlakın idarəedilməsi sahəsində aparıcı şirkətdir. O, yaşayış binaları, villalar, biznes mərkəzləri və sərgi sahələri kimi yüksək səviyyəli obyektlərin idarə olunmasını həyata keçirir və müasir texnologiyalarla komfort, təhlükəsizlik və keyfiyyət standartlarını təmin edir. Məqsədi müştərilərə şəxsiləşdirilmiş və yüksək komfortlu xidmətlər göstərərək daşınmaz əmlakın dəyərini artırmaqdır. Şirkət müxtəlif prestijli layihələrin — “Port Baku Residence”, “Knightsbridge Residence”, “Baku Palace”, “Parkview Apartments” və “Baku City Villas” kimi Bakının nüfuzlu yaşayış və kommersiya əmlaklarının idarə edilməsində iştirak edir. PAŞA Property Management həm yerli, həm də beynəlxalq müştərilərə uyğun həllər təklif edir və daşınmaz əmlak sahəsində etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7382
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000