Konstruktor (Bakı və Şirvan şəhəri)
Tam Ştat
Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlamaq.
İşlərin, hazırlanacaq konstruksiyaların texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsini, eləcə də onların standartlaşdırılmış vahid şəklə salınmış hissə və yığım vahidlərindən istifadəsini təmin etmək.
Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsini təmin etmək.
Patent tədqiqatlarını aparmaq, sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımı, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib etmək.
İşçi layihələri yoxlamaq, işin xüsusiyyəti və ya profili üzrə cizgilərə nəzarəti həyata keçirmək, mürəkkəb hissələrin naturadan eskizini çıxarmaq.
Layihə üzrə texniki hesablamalar aparmaq və layihə olunacaq konstruksiyanın səmərəliliyini təhlil etmək.
Konstruksiyaların istismarı üçün təlimat, onu aydınlaşdırıcı yazı, texniki səviyyə xəritəsi, pasport, sınaq üçün proqramlar, texniki şərtlər və əvvəl hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədləri tərtib etmək.
Başqa müəssisə və təşkilatlardan gələn konstruktor sənədlərini, onlardan gələcəkdə layihələşdirmə və konstruksiya işində istifadə etmək məqsədi ilə öyrənmək və təhlil etmək.
İşlənib hazırlanmış layihələri struktur bölmələri, sifarişçi və nəzarət orqanları nümayəndələri ilə razılaşdırmaq, işlənib hazırlanmış konstruksiyanı iqtisadi cəhətdən əsaslandırmaq.
Təcrübə üçün hazırlanmış nümunənin quraşdırılmasında, sınağında və istismara təhvil verilməsində, həmçinin sənaye nümunələrinin hazırlanmasında, ixtiralar üçün sifariş tərtib edilməsində, eləcə də konstruksiya olunan məmulatın təkmilləşmə, modernləşmə, vahid şəklə salınmasında, standart layihələrin işlənib hazırlanmasında iştirak etmək.
Standartların layihəsinə və səmərələşdirici təkliflərə rəy vermək.
Konstruktor işlərinə aid olan rəhbər və normativ sənədləri öyrənmək, iş prosesində onlardan istifadə etmək.
Görülən işləri təhlil etmək və ümumiləşdirmək, nöqsanların səbəblərini aşkar etmək və onların aradan qaldırılması üzrə tədbirlər görmək.