Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-1) proqramı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 yanvar 2026
Son Tarix: 30 yanvar 2026
Təsvir
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası “Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-1) proqramı” na qəbul elan edir.
Proqram haqqında qısa məlumat:
"Hava gəmilərinə (təyyarələrə) texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-1) kursu" Azərbaycan Aviasiya Qaydalarının (AAQ-147 və AAQ-66) tələblərinə uyğun olaraq təşkil ediləcəkdir. Proqram, "Azərbaycan Hava Yolları" QSC-nin sifarişi əsasında keçirilir və proqramda iştirak edən namizədlərə təlim müddətində AZAL tərəfindən təqaüd ödəniləcəkdir.
Proqramı uğurla tamamlayan və imtahanlardan müvəffəqiyyətlə keçən iştirakçılara, AAQ-147 tələblərinə uyğun fəaliyyət göstərən "Texniki xidmət üzrə Təlim təşkilatı" tərəfindən Tanınma Sertifikatı təqdim ediləcəkdir. “Tanınma Sertifikatı” almış şəxslər Azərbaycan Hava Yolları QSC-də müvafiq peşə kateqoriyaları üzrə işlə təmin olunacaqlar. İş təcrübəsi və ixtisas səviyyəsinə uyğun olaraq, həmin şəxslər gələcəkdə "Hava gəmilərinə texniki xidmət göstərən personalın şəhadətnaməsi"ni də əldə edə biləcəklər.
Proqramın müddəti: 21-24 ay
Tədris dili: İngilis dili
Tələblər
İngilis dili biliyi: B1 və ya daha yüksək səviyyədə;
Riyaziyyat/Cəbr biliyi: Minimum orta məktəb proqramı səviyyəsində;
Fizika biliyi: Orta məktəb proqramı səviyyəsində və daha yüksək;
Yaş: 18-32 yaş arası.
Qeyd: Tələblərə cavab verən namizədlərin İngilis dili, Fizika və Riyaziyyat üzrə bilikləri imtahan vasitəsilə yoxlanılacaq. İmtahandan uğurla keçən namizədlər Aviasiya mütəxəssislərindən ibarət komissiya tərəfindən müsahibə ediləcəklər. Müsahibədən müvəffəqiyyətlə keçən namizədlər proqrama cəlb ediləcəklər.
MAA Texniki Xidmət üzrə Təlimləri haqqında məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz. https://naa.edu.az/az/centers/mto/.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Azerbaijan Airlines
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4164
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə