Ana Səhifə
Vakansiyalar

GPS avadanlığı üzrə Montajçı

GPS avadanlığı üzrə Montajçı

Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 24 dekabr 2025

Son Tarix: 23 yanvar 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • GPS avadanlıqlarının və yanacaq səviyyəsi sensorlarının montajı

  • Elektrik avadanlıqlarının montajı

  • Elektrik sxemləri ilə işləmək bacarığı

  • Elektrik kabellərinin çəkilməsi və bağlantıların düzgün həyata keçirilməsi

  • Aşkar olunmuş nasazlıqların aradan qaldırılması

  • Qüsurlu avadanlığın təmir siyahısının hazırlanması

  • Kalibrləmə işlərinin aparılması (yanacaq çəni)

  • Mühəndislər tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və hesabatların təqdim edilməsi

  • Təhlükəsizlik texnikası, yanğından müdafiə və əməyin mühafizəsi qaydalarına riayət etmək

Tələblər

  • Texniki sahədə orta ixtisas və ya ali təhsil

  • Elektrik və ya avtomobil elektrik sistemi üzrə bilik və təcrübə

  • Ölçmə cihazları ilə işləmə bacarığı

  • Əl alətləri (kəsmə, deşmə, pardaqlama və s.) ilə işləmə bacarığı

  • Mexaniki və elektrik birləşmələri ilə bağlı anlayış

  • Avadanlıqların sökülməsi, yığılması və sınaqdan keçirilməsi üzrə təcrübə

  • Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı

  • Şəxsi avtomobilin olması üstünlükdür

İş barədə məlumat:

  • Əmək haqqı razılaşma yolu ilə

  • Tam iş günü: I-V – 09.00-18.00, VI – 10.00-16.00

  • İş yeri: Bakı şəhəri

  • İşin təsviri: GPS nəzarət sistemlərinin və yanacaq səviyyəsi sensorlarının quraşdırılması üzrə montaj işlərinin həyata keçirilməsi

  • Şəxsi avtomobili olan namizədlərə üstünlük veriləcək

Marağı olan namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “GPS avadanlığı üzrə montajçı”” qeyd olunması xahiş olunur.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3536

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə