Göyçay rayonu üzrə Bölgə Müdiri
Tam Ştat
Orta Səviyyə
2.500 AZN-dən
Yerləşdirilib 28 dekabr 2025
Son Tarix: 24 yanvar 2026
Təsvir
Böyüyən və inkişaf edən komandamıza “Göyçay” üzrə Bölgə Müdiri axtarırıq!
İş barədə məlumat:
Potensial müştəriləri müəyyənləşdirmək, onlarla effektiv əlaqələr qurmaq və yeni müştərilərin cəlb edilməsi üçün rəqabətqabiliyyətli kommersiya təkliflərini hazırlayaraq rəhbərliyə təqdim etmək;
Məhsul və xidmətləri müştərilərə geniş və peşəkar şəkildə tanıtmaq;
Satış təmsilçilərindən ibarət komandanı idarə etmək, onların fəaliyyətini planlamaq, motivasiya etmək, iş keyfiyyətinə və hədəflərə çatmağa nəzarət etmək;
Mövcud müştəri bazasını davamlı inkişaf etdirmək və müştəri məmnuniyyətini təmin etmək;
Qiymət siyasətinin formalaşdırılması, satış proseslərinin təhlili və müvafiq sənədləşmənin idarə edilməsini həyata keçirmək;
Həftəlik və aylıq satış hesabatlarını dəqiq və vaxtında hazırlamaq;
Müştəri debitor borclarını effektiv idarə etmək və ödənişlərin vaxtında alınmasını təmin etmək;
Komanda daxilində təşkilatçılıq, planlama və nəzarət funksiyalarını həyata keçirərək iş proseslərinin düzgün və səmərəli idarə olunmasını təmin etmək.
Tələblər
Şəxsi avtomobilə malik olmaq mütləqdir;
Yaş həddi: 25-40 yaş arası;
Satış sahəsində minimum 5 il iş təcrübəsi, xüsusən komanda idarəçiliyi və bölgə satış meneceri vəzifələrində təcrübə üstünlükdür;
Komandada işləmək bacarığı, əməkdaşları motivasiya etmə, liderlik və nəzarət qabiliyyəti;
Yüksək ünsiyyət və inandırma bacarığı;
Öz üzərində daim işləyən, inkişafa meyilli və nəticələrə fokuslanan;
Dəqiq, intizamlı və işinə məsuliyyətlə yanaşan;
Satış analizlərini aparmaq və nəticələr əsasında fəaliyyət planları hazırlamaq bacarığı;
Vaxtın səmərəli idarə olunması və çoxsaylı tapşırıqları prioritetləşdirmək bacarığı.
Əmək şəraiti:
Əmək haqqı: 2500 AZN + bonuslar (nəticəyə əsaslanan motivasiya sistemi);
İş rejimi: Həftənin 6 günü;
İş saatı: 09:00-dan 18:00-dək.
Şirkətimizin inkişafında fəal iştirak etmək və güclü komandamıza qoşulmaq istəyən, bütün bölgələrdən namizədlər öz CV-lərini mövzu hissəsində “Bölgə Müdiri” qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Omid Mağazalar şəbəkəsi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3773
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə