“Gəncə ” filialının hüquq məsləhətçisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 25 may 2026
Təsvir
Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
Bank tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, banka qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, təsərrüfat müqavilələrinin hazırlanması, bankın kontragentləri tərəfindən təqdim edilmiş müqavilə layihələrinə bankın hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;
Bank tərəfindən bağlanması nəzərdə tutulan və Hüquq idarəsinə (filialın hüquq məsləhətçisinə) viza qoyulması üçün təqdim edilən müqavilələr üzrə hüquqi rəylərin verilməsi;
Bankda müştərilərə hesabların açılması qaydasına riayət olunmasına nəzarət etməsi;
İcraatda olan və icraatı tamamlanmış məhkəmə işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
Hüquq idarəsinə (filialın hüquq məsləhətçisinin icraatına) daxil olan və çıxan sənədlərin, işlərin uçotunu aparmaq.
Tələblər
Hüquq sahəsində ali təhsilin olması;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Bank və ya digər kredit təşkilatlarının fəaliyyətinin hüquqi təminatı sahəsində azı 2 (iki) il iş təcrübəsinin olması arzuolunandır;
Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
Kompüter bilikləri;
Bankda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük verilir.
Necə Müraciət Etmək Olar
Xalq Bank
Finance
Xalq Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı kommersiya banklarından biridir və həm fərdi, həm də korporativ müştərilər üçün geniş maliyyə xidmətləri təqdim edir. Bank 2004-cü ildə fəaliyyətə başlayıb və qısa müddətdə ölkənin bank sektorunda etibarlı maliyyə institutlarından birinə çevrilib. Xalq Bank kredit, depozit, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bank məhsulları ilə xidmət göstərir. Bank fəaliyyətində müştəri məmnuniyyəti, innovativ bankçılıq həlləri və etibarlılıq prinsiplərini əsas tutur. Xalq Bank rəqəmsal xidmətlərin inkişafına xüsusi önəm verir və internet/mobil bankçılıq platformaları vasitəsilə istifadəçilərə sürətli və rahat maliyyə əməliyyatları imkanı yaradır. Bank eyni zamanda ölkə iqtisadiyyatının müxtəlif sahələrinin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv iştirak edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17437
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000