“Gəncə” filialının Ekvayrinq xidməti üzrə regional təmsilçisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 3 iyun 2026
Təsvir
Yeni ATM və ödəniş terminalların quraşdırılması;
ATM, ödəniş terminallarına və pos-terminallara müvafiq proqram təminatının yazılması və tam işlək vəziyyətə gətirilməsi;
ATM, ödəniş terminallarına və pos-terminalların daim işlək vəziyyətdə saxlanılması, monitorinqi, yaranmış problemlərin diaqnostikası və aradan qaldırması;
Müvafiq bölgədə yerləşən pos-terminalların fiziki vəziyyətinə nəzarət məqsədilə mütəmadi monitorinqlərin keçirilməsi, dövriyyə tələbinə uyğun olmayan müştərilərin müəyyənləşdirilməsi;
ATM, ödəniş terminalları və pos-terminallarda nasaz ehtiyat hissələrinin müəyyən edilməsi, təmiri (zərurət yarandığı halda), sazlanması, yenisi ilə əvəz olunması və s. üçün servis xidmətlərinin cəlb edilməsi;
ATM, ödəniş terminalları və pos-terminallara WAY4 (Telescope) və digər mövcud Remote (məsafədən idarə etmə) proqramlar vasitəsilə nəzarət etmək;
Günün sonunda görülən işlər və təyin edilmiş uyğunsuzluqlar barədə hesabatın hazırlanması və təqdim edilməsi;
Tələblər
Ali təhsil (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Kompüter bilikləri;
Ofis proqramlarında (Excel, Word) işləmə bacarığı;
Şəxsi nəqliyyat vasitəsinin olması zəruridir.
Necə Müraciət Etmək Olar
Xalq Bank
Finance
Xalq Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı kommersiya banklarından biridir və həm fərdi, həm də korporativ müştərilər üçün geniş maliyyə xidmətləri təqdim edir. Bank 2004-cü ildə fəaliyyətə başlayıb və qısa müddətdə ölkənin bank sektorunda etibarlı maliyyə institutlarından birinə çevrilib. Xalq Bank kredit, depozit, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bank məhsulları ilə xidmət göstərir. Bank fəaliyyətində müştəri məmnuniyyəti, innovativ bankçılıq həlləri və etibarlılıq prinsiplərini əsas tutur. Xalq Bank rəqəmsal xidmətlərin inkişafına xüsusi önəm verir və internet/mobil bankçılıq platformaları vasitəsilə istifadəçilərə sürətli və rahat maliyyə əməliyyatları imkanı yaradır. Bank eyni zamanda ölkə iqtisadiyyatının müxtəlif sahələrinin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv iştirak edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17436
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000